Əhalinin sağlamlığı Prezident üçün prioritetdir: Möhtəkirlər cəzalandırılacaq - ŞƏRH

 Əhalinin sağlamlığı Prezident üçün prioritetdir: Möhtəkirlər cəzalandırılacaq - ŞƏRHƏhalinin sağlamlığı Prezident üçün prioritetdir: Möhtəkirlər cəzalandırılacaq - ŞƏRH
Koronavirusun yayıldığı ölkələrin heç birində dövlət başçıları regionlara səfər etmir, insanlarla görüşmür.
Prezident İlham Əliyev isə martın 3-də bir sıra rayonlara səfərləri göstərdi ki, ölkənin regionlarında vəziyyət, insanların problemlərinin həlli dövlət üçün prioritet təşkil edən məsələdir.
Səfərlər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etdi.
İlham Əliyevin xəstəxananın kollektivi ilə görüşdə çıxışı səhiyyə sahəsində qarşıda duran çağırışların Azərbaycan ictimaiyyətinə ünvanlanan bəyanı idi.
İrandan gələnlər anlayış göstərməlidir
Prezidentin çıxışı göstərdi ki, Azərbaycanda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi gözlənilməz, fors-major hadisələri də nəzərə alır.
Dövlət başçısı Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyətin ciddi nəzarət altında olduğunu da bəyan etdi.
"Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək", - deyə Prezident bildirib.
İrandan gələn vətəndaşların lazım olan müddətdə karantində qalması zəruridir və bu, hamı tərəfindən anlayışla qarşılanmalıdır.
Prezident bu məqsədlə söyləyib ki, həmin şəxslər lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın.  
Uşaqların, yeniyetmələrin koronavirusdan qorunması
Baş nazir Əli Əsədovun sərəncamı ilə Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi martın 3-dən 9-dək dayandırılıb.
İlham Əliyev bu barədə də danışıb, deyib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və uşaqları, yeniyetmələri qorumaq üçün tədris, təlim-tərbiyə müəssisələri müvəqqəti bağlanılıb.
Xəstəliyin yayılmasının qarşısının alınması üçün Azərbaycan hökumətinin gördüyü tədbirlər müvafiq beynəlxalq təşkilatla koordinasiyalı şəkildə həyata keçirilir.
İlham Əliyev qeyd edib ki, Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır, xəstəliyi aşkar etmək üçün testlərin ölkəyə gətirilməsi ilə bağlı müvafiq işlər aparılır.
Tranzit yükdaşımalarında sürücülərə jest
Dünya ölkələri bu günə qədər koronavirusla bağlı yükdaşımaların həyata keçirilməsinə məhdudiyyət qoymayıb. Azərbaycan da eyni mövqeni nümayiş etdirib.
Prezident, bununla belə, vəziyyətin nəzarət altında olduğunu söyləyib. O, tranzit yükdaşımalarını həyata keçirən sürücülərə yemək təqdim edilməsi ilə bağlı göstəriş verdiyini bildirib.
"Göstəriş vermişəm, xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib".
Möhtəkirlər cəzalandırılacaq
Prezident çıxışında yaranmış vəziyyətdən istifadə edib möhtəkirliklə pul qazananlar, apteklərdə süni şəkildə maska qıtlığı yaradanlar barəsində də ciddi cəza tədbirləri görüləcəyini bildirib.
"Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var", - deyən Prezident əlavə edib ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək, öz qanunsuz gəlirlərini artırmaq istəyirlər.
Dövlət başçısının sözlərinə görə, bütün hüquq-mühafizə orqanlarına tapşırıq verilib ki, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq edilsin.
"Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir", - deyən Prezident Azərbaycan ictimaiyyətini əmin edib ki, hökumət bütün lazımi tədbirləri görür.
Ölkə başçısı Azərbaycanda koronavirusla bağlı mənzərənin narahatlıq üçün ciddi əsas yaratmadığını da söyləyib.
"Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələlik heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir".
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 04 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Hörmüz və Babül-Məndəb riski: dünya nefti üçün yeni təhlükə

"ABŞ ilə İran arasında müəyyən razılıqlar əldə olunsa da, münasibətlər yenidən kəskinləşib və danışıqlar dalana dirənib. Əgər ABŞ yenidən İrana hücum edərsə, strateji nəqliyyat marşrutlarında, xüsusilə İranın təsir imkanlarını

Prezident İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib. -ın məlumatına görə, Berlin şəhərinin Brandenburq "Willy Brandt" Aeroportund

İlham Əliyev Ərdoğana məktub ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb. -un məlumatına görə, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,

Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-nin Yaxın Şərq regionuna yeni hərbi texnika göndərməsini kəskin tənqid edib. xəbər verir ki, Qalibaf "X" platformasında (keçmiş Twitter) etdiyi paylaşımda ABŞ-ni

Gülşən Rzayeva BMT-də çıxış etdi: Azərbaycan iqlim və şəhərsalma sahəsində təcrübəsini bölüşür

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparat rəhbərinin müavini Gülşən Rzayeva BMT Baş Assambleyasının şəhərlərin iqlim dəyişikliklərinə, təbii fəlakətlərə və ekoloji risklərə dayanıqlılığına həsr olunan tematik panelind

Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır

Hacıbəy Heydərli, . Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyada "Azad söz" kanalının rəhbəri, bloqer Tural Sadıqlıy

Ceyhun Bayramov Lavrovla bunları müzakirə etdi – FOTOLAR

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliy

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR

İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub. Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluql

Neft bahalaşacaq

"Yaxın Şərqdə yenidən münaqişənin başlaması, Hörmüz boğazında müəyyən məhdudiyyətlərin olması neft qiymətlərinin yenidən artımına səbəb ola bilər". xəbər verir ki, bu sözləri -a açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezenesi son xeberler 2026 maliyye xeberler bugun hava haqqinda