Ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" mövzusunda tədbir keçirilib

Ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit«Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) hələ 2018-ci ildə ölkədə istismar olunan avtomobil parkının vəziyyətini və hər il külli miqdarda idxal olunan yararsız və təhlükəli nəqliyyat vasitələrinin tərkibini ciddi araşdırmış və həyəcan təbili vurmağa başlamışdır!»
azxeber.com xəbər verir ki, bu sözləri "Ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" mövzusunda keçirilən mətbuat konfransında AADA-nın nümayəndəsi Eyyub Əliyev deyib.  
Ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühitO təmsil etdiyi İctimai Birliyin son illərdə bu istiqamətdə apardığı tədqiqatlar və aidiyyatlı dövlət qurumlarına göndərdiyi təkliflər barədə məlumat verdi. Xatırladaq ki, AADA sıralarında 40-dan çox xarici avtomobil markasının rəsmi idxalçılarını və eləcə də yerli avtomobil istehsalçılarını birləşdirir. Assosiasiyanın analitik mərkəzi son illər avtomobil idxalını və satışlarını nizamlayan qanun və normativ aktlarda baş vermiş dəyişikliklər və bu dəyişikliklərin rəsmi avto-dilerlərin fəaliyyətinə, ümumilikdə avtomobil sektoruna təsirini öyrənmiş, yaranmış durumdan çıxış yollarını aramış, təhlükəsiz yollara, təmiz ətraf mühitə nail olmaq məqsədilə bir sıra təkliflər paketi hazırlamış, AR Nazirlər Kabinetinə və aidiyyatlı Qeyri-Hökümət Təşkilatlarına təqdim etmiş, müvafiq görüşlər və müzakirələr keçirmiş, KİV-lər vasitəsilə cəmiyyətə hesabatlar vermişdir. 
Ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühitXatırladaq ki, 2010-cu illərin əvvəlində banklar tərəfindən verilimiş problemli avto-kreditlərin sayının kəskin artması səbəbindən 2014-cü ilin fevral ayında bu tipli kreditləşməyə məhdudiyyətlər tətbiq edildi. İlkin ödəniş həcmi avtomobiin dəyərinin 40-50 faizinə yüksəldi və nəticədə yeni avtomobillərin satışında ciddi azalma baş verdi.  
Həmən dövrdə dünya qlobal iqtisadiyyatında yaşanan böhran təəssüf ki, bizim üçün də təsirsiz ötüşə bilməzdi. Beləki, 2015-ci ilin yanvar və dekabr aylarında baş verən 2 devalvasiya xaricdən idxal olunan bütün malların, eləcə də avtomobillərin qiymətinin milli valyutada 2 dəfədən artıq qalxması ilə nəticələndi. Yeni avtomobillərin satışına zərbə vuran digər amillər: 2015-ci və 2017-ci illərdə tətbiq olunmuş yeni aksiz vergiləri, 2018-ci ilin yanvar ayında yeni gömrük rüsumu və 2019-cu ilin yanvar ayında daha bir yeni aksiz vergisi oldu. Nəticədə təzə modellərin qiyməti əhalinin əksəriyyəti üçün əlçatmaz səviyyəyə qalxdı. Daha sonra baş vermiş Covid-19 pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər rəsmi avtomobil bazarında vəziyyəti son dərəcə çətinləşdirdi.
AADA təmsilçisi E.Əliyev konfransda xatırlatdı ki, yuxarıda qeyd oilunan səbəblərdən ölkəyə yeni avtomobillərin idxalı və satışı kəskin şəkildə azalmış, köhnə avtomobillərin ümumi idxalda və satışda payı dəfələrlə artmışdır. Ölkə minik avtomobili parkının vəziyyəti artıq çox ciddi narahatçılıq doğurur: təxminən 900 min minik avtomobilinin yaşı (ölkə avtoparkının 77%) 10 ildən yuxarıdır. Ümumilikdə ölkə parkında 100 mindən artıq yaşı 40 il və daha yuxarı, 125 mindən artıq yaşı 30-dan yuxarı, 300 mindən artıq yaşı 20-dən yuxarı müxtəlif tip avtomobil var ki, bu da ölkə avtoparkında toplam olaraq 500 mindən çox istismarı təhlükəli və ekologiyaya zərərli avtomobil olduğunu göstərir.
Ölkədə təmiz ətraf mühit yaratmaq və gələcək nəsillərin sağlamlığı naminə ölkənin avtomobil parkının yenilənməsi zərurəti göz qarşısındadır və əlbəttə aidiyyatlı dövlət qurumları, eləcə də avto-biznes subyektləri  çalışmalıdır ki, avtompbil parkı ekoloji təmiz nəqliyyat vasitələri ilə yenilənsin. AADA-ya daxil olan rəsmi idxalçılar bu məsələdə çiyinlərinə düşən məsuliyyəti anlayırlar və istehlakçılara ən son texnologiyarla təhciz olunumuş təhlükəsiz və ekoloji avtomobillər təklif etməkdə israrlıdırlar. Hazırda AADA ekoloji nəqliyyat vasitələrinin əhali arasında təşviq etmək məqsədilə bir sıra tədbirlər də hayata keçirməyə hazırlaşır və tezliklə bu barədə KİV-lərdə məlumat veriləcək.  
Mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev bildirdi ki, hazırda güzəşt tətbiq edilmiş ekoloji təmiz avtomobillərin əhatə dairəsini genişləndirilməsi müzakirə edilir.
Energetika Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov isə söylədi ki, Azərbaycanda 33 elektromobil enerji doldurma məntəqəsi var: "Bu məntəqələrin 22-si Bakıda, 11-i isə regionlarda yerləşir». 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Rasim Səttarzadə  jurnalistlərin suallarına cavab olaraq hökumətin  sosial məsələləri nəzərə alaraq dizel mühərrikli avtomobillərin idxalına qadağa qoymadığnı deyib: «Amma ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bu avtomobillərin idxalı məhdudlaşdırılmalıdı».
Tədbirdə çıxış edən ekspert, Yol Xəritəsini hazırlamış İşçi Qrupun üzvü Eldəniz Cəfərov qeyd etdi ki, 2030-cu il üçün müəyyən edilmiş milli prioritetlərin realllaşması üçün ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılması son dərəcə əhəmiyyətlidir. «Ölkədə ekoloji təmiz avtomobillərin istismarı üçün münasib şəraitin yaradılması bu sahədə artıma səbəb olmuşdir. Hesab edirik ki, bu prosesə özəl sektor da öz töhfəsini verəcək», - deyə o, qeyd etdi.

İqtisadiyyat       Tarix: 02 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe son xəbərlər azərbaycanda cəbhədən son durum ən son xəbərlər bugün