Ekoloq evin havasını təmizləyən bitkilərin adlarını AÇIQLADI - FOTO
Ekoloq evin havasını təmizləyən bitkilərin adlarını AÇIQLADI - FOTO
"Mebel, tikinti materialları və boya örtükləri ətrafa zərərli toksinlər yaya bilərlər, məişət kimyəvi maddələri və toz isə mənzildə havanın keyfiyyətinə təsir göstərir".
Bu barədə rusiyalı ekoloq Marina Rudova danışıb.
"Formaldehid, benzol, fenol, toluol, trixloretilen, karbon qazı, azot oksidləri, stafilokoklar, göbələklərin sporları və patogen mikroorqanizmlər, his mikrohissəcikləri, yanma məhsulları, toz gənələri, bitki tozcuqları - bütün bu maddələr hər hansı bir evin və ya mənzilin havasında mövcuddur", - deyə o bildirib.
Mütəxəssis qeyd edib ki, otaq bitkiləri vəziyyəti düzəldə bilər, lakin bunun üçün onlar təkcə karbon qazını udub oksigeni buraxmalı deyil, həm də kimyəvi maddələrlə mübarizə aparmalıdırlar. Belə bitkilərə spatifillum gülü aiddir. O, havanı toksinlərdən təmizləyir və kifdən qurtulmağa kömək edir.
Öz növbəsində "hamedoreya" bambuk palması havanı nəmləndirməyə kömək edəcək. Həmçinin Azalea, daşsarmaşığı, fikus elastika, qızılı epipremnum, diffenbaxiya, xlorofitum, drasena və xrizantema əla ev "filtr"i ola bilər.




Mənbə: aif.ru / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR