Eks-deputatdan şok açıqlama: "Ramiz Mehdiyevə mədhiyyə deyənlər də cəzalandırılmalıdır"

Eks-deputatdan şok açıqlama: "Bu gün Azərbaycan dövləti dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilib. Dövlətimiz öz tarixinin ən şərəfli və ən şanlı dövrünü yaşayır. Biz torpaqlarımızı işğaldan azad edərək böyük tarixi qələbələrə imza atdıq, separatizmin kökünü effektiv şəkildə kəsdik. Bu, təkcə xalqımız və dövlətimiz qarşısında deyil, eyni zamanda qlobal miqyasda təhlükəsizliyə ciddi töhfədir".
KONKRET.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, separatizm bu gün dünya üçün böyük təhdidlərdən biridir və Azərbaycan bu təhdidlərdən birini neytrallaşdırmağa nail oldu:
"Hazırda ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirməkdə, dirçəliş və inkişaf mərhələsini uğurla keçməkdədir. Belə bir zamanda dövlətçiliyə qarşı çıxmaq, konstitusion quruluşu zorla dəyişmək cəhdləri nə xalq, nə də dövlət tərəfindən qəbul edilmir və edilməməlidir. Azərbaycan xalqı bu cür cəhdlərin mahiyyətini dərindən anlayır və dövlətinə, liderinə yüksək səviyyədə dəstək nümayiş etdirir.
Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə də sübut etdi ki, ordu–xalq–hakimiyyət birliyi Azərbaycanı güclü edən əsas sütunlardan biridir. Bu birlik tarixi zəfəri mümkün etdi və dünya ictimaiyyəti bunu qəbul edir. Ölkədə hakimiyyəti zorla ələ keçirmək və konstitusion quruluşu dəyişdirməyə yönəlmiş cəhdlər nə dövlət, nə də xalq tərəfindən qəbul olunur və bu kimi addımlar bağışlanmamalıdır. Azərbaycan cəmiyyəti baş verən proseslərin mahiyyətini çox aydın dərk edir və yüksək siyasi mədəniyyətə malikdir.
Xalq yaxşı ilə pisi seçməyi bacarır və bu gün Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin ətrafında tarixdə heç vaxt olmadığı qədər sıx birləşib. Bunun ən parlaq nümunələrindən biri Vətən müharibəsi zamanı xalq–dövlət birliyinin bütün dünyaya nümayiş etdirilməsi idi".
Sabiq millət vəkili qeyd edib ki, Ramiz Mehdiyev və onunla eyni cəbhədə yer alan şəxslərin cəhdləri, həm xalqın, həm də tarixin sərt qınağı ilə qarşılanır:
"Ramiz Mehdiyevi dövlət xadimi, əvəzolunmaz siyasətçi kimi təqdim edənlər, vaxtilə ona mədhiyyələr yazanlar da öz cəzalarını çəkməlidirlər. Çünki bu tip yanaşmalar da dövlət və xalq üçün təhlükə mənbəyinə çevrilə bilər. Ramiz Mehdiyev və Əli Kərimli kimi şəxslərin cəhdləri isə sadəcə cılız və uğursuz təşəbbüslərdir. Görünür, onlar hesablamalarında çox ciddi səhvlərə yol veriblər.
Sağlam düşüncə sahibi olsaydılar, bu addımlarının daha başlanğıcda fiaskoya uğrayacağını anlayardılar. Bu cür fəaliyyətlərə görə onların sərt şəkildə cavablandırılması tamamilə qanunauyğundur. Bu cəhdlər xalqdan və reallıqdan uzaq, dövlətə xəyanət xarakterlidir. Onların yanlış hesablamaları, sağlam düşüncədən uzaq yanaşmaları bu fəaliyyətlərin başlanğıcdan iflasa uğramasına səbəb oldu. Dövlətimiz isə bu cür halların qarşısını almaq üçün kifayət qədər güclü və iradəlidir".

Siyasi       Tarix: 03 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes sonxeber bu gunun xeberleri haqqinda melumat son xəbər