Ekspert DİM-i ittiham etdi: Qurumdan imtahan suallarının çətinliyi ilə bağlı iddialara CAVAB

Ekspert DİM-i ittiham etdi: Qurumdan imtahan suallarının çətinliyi ilə bağlı iddialara CAVABEkspert DİM-i ittiham etdi: Qurumdan imtahan suallarının çətinliyi ilə bağlı iddialara CAVAB
Fevralın 28-də Dövlət İmtahan Mərkəzi (DİM ) tərəfindən 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirilib.
Abituriyentlər onlara təqdim olunan kitabçadakı sualların qeyri-adiliyinə təəcüb ediblər.
Məsələ barədə təhsil eksperti Kamran Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, DİM 2021/2022-ci tədris ili üçün magistraturaya qəbul imtahanlarının iki dəfə keçirməsində məqsəd qurumun daha çox kommersiya maraqlarına xidmət etməsidir:
"Çünki imtahan iştirakçılarının ikinci dəfə imtahanda iştirak etməsi onların daha çox gəlir əldə etməsinə imkan yaradacaq. Fevralın 28-də keçirilən imtahanda 20 minə yaxın şəxs iştirak edib ki, hər bir şəxs bunun üçün 50 manat ödəyib.
Nəticədə 1 milyon manata yaxın vəsait qurumun büdcəsinə daxil olub. Dünya təcrübəsi tələb edir ki, imtahanlarda pandemiyanın yaratdığı çətinliklər mütləq nəzərə alınmalıdır. Bir ildir ki, Azərbaycanda təhsilalanlar bu səbəbdən imtahanlara daha keyfiyyətli şəkildə hazırlaşa bilmirlər.
Eyni zamanda, zəfərlə başa çatan müharibə zamanı da internetin verilməsində məhdudiyyətin olması onlayn dərslərin keçirilməsinə təsir etdi. Tövsiyə edilirdi ki, hər iki vacib nüans nəzərə alınsın".
Ekspert qeyd edib ki, keçirilən imtahanlarda müəyyən problemlər var idi:
"Birinci problem nəzərətçilərlə bağlı idi. Özləri tam şəkildə sual kitabçaları ilə işləmək qaydasını mənimsəmədiyi üçün onu imtahan iştirakçılarına izah etməyə çətinlik çəkiblər. Digər problem isə təqdim edilən test tapşırıqları ilə bağlı olub.
Təhlillər onu göstərir ki, hər hansı bir fundamental bilik yoxlanılmır. İmtahanda iştirak edən 20 minə yaxın şəxsin hamısı riyaziyyatçı deyil ki, testləri tam həll etsin. İmtahan iştirakçılarının öz ixtisasına uyğun məntiqi test tapşırıqları tərtib edilməlidir. Eyni zamanda, imtahanda təqdim edilən testlərdən birinin səhv tərtib edilməsi işə müəyyən qədər məsuliyyətsiz yanaşmanı özündə əks etdirir".
"Suallar arasında quşun qanadlarının ölçüsü, yaxud da yerə düşmüş ağac yarpaqlarının təxmini sayı məsələsi hesab edirəm ki, DİM-in məntiqlə bağlı nəşr etdiyi test bankındakı sual nümunəsinə uyğun deyil. DİM bununla bağlı nümunə tipli sualları imtahan iştirakçılarına təqdim etməli idi. Bu onu göstərir ki, qurum test bankı çap etməklə yalnız öz kommersiya maraqlarına xidmət edir. DİM imtahan iştirakçılarını kurslara yönləndir.
DİM ilə imtahanlarla bağlı əməkdaşlıq edən ekspertlərin hazırladıqları şagirdlər daha yaxşı nəticə göstərir. Bu düşünməyə bizi sövq edir ki, nə baş verir? DİM bu qədər çətin suallarla imtahan keçirir ki, iştirakçılar aşağı nəticə göstərsinlər və ikinci şansa qatılsınlar. Fikrimcə, bu təhsil alanların hüquqlarının tapdalanmasıdır", - deyə, K.Əsədov əlavə edib.
Məsələ barədə Dövlət İmtahan Mərkəzi açıqlama verib.
DİM-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ali tәhsil müәssisәlәrinin vә Azәrbaycan Milli Elmlәr Akademiyasının magistraturalarına 2021-ci ilin 28 fevralında keçirilmiş qəbul imtahanında bakalavrlara təqdim olunmuş bəzi test tapşırıqları sosial şəbəkələrdə müzakirələrə səbəb olub:
"DİM Mərkəzinin ekspertləri tərəfindən həmin tapşırıqlar yenidən araşdırılıb və onlarda heç bir elmi metodik qüsur aşkar edilməyib. Ağacın yarpaqları ilə bağlı test tapşırığının məzumunu isə sosial şəbəkələrdə təhrif edilmiş formada təqdim edilib.
Xatırladaq ki, məntiqi təfəkkürün yoxlanılması ilə bağlı test tapşırıqları ilə bakalavrların praktiki riyazi təfəkkürünün inkişaf səviyyəsi, ədədlər arasındakı qanunauyğunluğu aşkaretmə qabiliyyətləri, sözlə ifadə olunmuş məlumatı təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə, müxtəlif sözlərin istifadəsində incəlikləri hissetmə və digər bacarıqları yoxlanılır.
Dünya praktikasında olduğu kimi, DİM-in istifadə etdiyi test tapşırıqları da cəmiyyət həyatının müxtəlif sahələri, təbiət hadisələri, canlı aləm, insan və onu əhatə edən ətraf mühit və digər mövzular əsasında qurula bilər və burada qeyri-adi heç bir şey yoxdur".
"Məlum olduğu kimi, məntiqi təfəkkürü yoxlayan testlərdən maksimal olaraq 50 bal toplamaq mümkündür. Bu imtahanda 4 nəfər məntiq üzrə təqdim olunan bütün suallara düzgün cavab verib. İmtahan iştirakçılarının yarısı məntiqi təfəkkürü yoxlayan testlər üzrə 26 baldan yüksək nəticə göstərib (median göstərici 26.96-ya bərabər olub). Bakalavrların nəticələrinin qənaətbəxş olduğunu söyləyə bilərik", - deyə qurum əlavə edib.
İlhamə Əbülfət

Sosial       Tarix: 03 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber son xeberler 2026 xəbər.az sonxeberler