Ekspert: "İki dəfə eyni qaydanı pozan şəxs müvəqqəti olaraq sürücülük hüququndan məhrum edilsin" - FOTO

Ekspert: Ekspert: "İki dəfə eyni qaydanı pozan şəxs müvəqqəti olaraq sürücülük hüququndan məhrum edilsin" - FOTO
"Son vaxtlar avtobus və mikroavtobus sürücüləri tərəfindən tez-tez yol-nəqliyyat hadisələrinin törədildiyinin şahidi oluruq. Cari ilin doqquz ayı ərzində respublika ərazisində avtobus və mikroavtobusların iştirakı ilə 1 806 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə avtobus sürücülərinin təqsiri ucbatından 17 nəfər həyatını itirib, 25 nəfər isə xəsarət alıb".
Bu barədə məlumat Baş Dövlət Yol Polis İdarəsinin (BDYP) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciətində yer alır.
Müraciətdə qeyd olunub ki, avtobus və mikroavtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artmasına təsir göstərən əsas amil nəqliyyat vasitələrinin texniki təhlükəsizlik baxımından yararsız olmasıdır.
Bu məsələnin gündəmə gətirilməsi sual doğurur: texniki baxımından nasaz olan avtomobillər niyə xəttə buraxılır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, baş verən qəzaların əsas səbəbi sürücülərin yol hərəkəti qaydalarını bilərəkdən pozmasıdır:
Ekspert: "Qəzaların baş vermə səbəbləri hər kəsə məlumdur. Sürücü məsuliyyətsizliyi ön plandadır. Sürücülər dönmə hərəkəti etdikdə dönmə işıqlarından istifadə etmirlər. Yollarda ötmə, dönmə, manevr qaydalarını pozurlar. Sonunda da yol-nəqliyyat hadisələri ilə üzləşirlər. Məsuliyyətsiz sürücülərə qarşı mübarizə gücləndirilməlidir".
Ekspert təklif edib ki, iki dəfə eyni qaydanı pozan şəxs müvəqqəti olaraq sürücülük hüququndan məhrum edilsin:
"Şəxs iki dəfə eyni qayda pozuntusuna görə cərimə olunduqda müvafiq quruma dəvət olunmalıdır. Sürücülük hüququ müvəqqəti məhdudlaşdırılmalıdır ki, qəzaların sayının azalmasına nail ola bilək".
E.Cəfərovun sözlərinə görə, ictimai nəqliyyata buraxılan avtobusların vəziyyəti ürəkaçan deyil:
"Biz bilirik ki, müasir sərnişindaşıma tələblərinə bir çox nəqliyyat vasitələri cavab vermir. Müvafiq tədbirlər görülməlidir. Qurumlar tərəfindən plan hazırlanmalıdır. Bununla, bəlkə, baş verən qəzaların sayını azalda bilərik. Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə Bakı şəhərinin müxtəlif küçələrində, xüsusən də qəza ocaqlarında sürət həddi azaldılıb. Çünki qəzaların əksəriyyətinin başlıca səbəbi sürət həddinin aşılmasıdır. Bununla bağlı tədbir görülüb".
"Son illər nəzər yetirsək, görərik ki, əvvəlki illərə nisbətən avtoqəzaların sayında azalma var. Bununla yanaşı, qəzaların xarakteristikası da dəyişilib. Ölümlərin sayında da azalma var. Ümid edirik ki, vəziyyət daha da yaxşılaşar. Xüsusən ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülərlə iş gücləndirilməlidir", - deyə E.Cəfərov əlavə edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sürücü heyətinin mütəmadi təlimatlandırılması barədə tapşırıqlar verilir:
Ekspert: "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılara xəbərdarlıq olunaraq sürücülərin yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etmələrinə nəzarətin gücləndirilməsi və sürücü heyətinin mütəmadi təlimatlandırılması barədə tapşırıqlar verilir.
Həmçinin AYNA-nın nəzdində Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir ki, həmin mərkəzdə sürücülər peşə fəaliyyəti, davranış qaydaları üzrə nəzəri və praktiki təlimlərə cəlb olunurlar.
Müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar gündəlik reysqabağı texniki baxışdan keçirilir, sürücülər isə tibbi müayinəyə cəlb olunurlar".
Nəzrin Vahid

Maraqlı       Tarix: 23 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler hava haqqinda cəbhədən son vəziyyət ən son xəbərlər bugün