Ekspert: "TANAP Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq"
Trans-Anadolu qaz kəmərinin (TANAP) ikinci hissəsinin açılışı Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq, çünki daha əvvəl Türkiyəyə 6 milyard kubmetr, və Bolqarıstanla Yunanıstana hərəyə 1 milyard kubmetr qazın tədarükü ilə bağlı müqavilələr imzalanıb.
Milli.Az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert İqor Yuşkov deyib.
O bildirib ki, Azərbaycan qazı Türkiyə bazarında İran və Rusiya qazları ilə rəqabət aparacaq.
İ.Yuşkov əlavə edib ki, Türkiyədə iqtisadi azalma fonunda Ankara qaz istehlakını azaldıb və bunun nəticəsində rəqabət daha da kəskinləşib:
"Türkiyə üçün bu vəziyyət müsbətdir, çünki rəqabət nəticəsində qiymətləri azaltmaq mümkün olacaq. Bundan başqa, Türkiyə qazın tranziti üçün də pul qazanacaq. Azərbaycan üçün Türkiyə bazarına və Bolqarıstanla Yunanıstana çıxış müsbətdir".
Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.
Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.
Milli.Az /news.milli.az

Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
DÇ-2026: Kanadadan 6 qollu qələbə
Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları
Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"
Azərbaycanlı gənc Qara dənizdə boğuldu
Məşhur aktyor həyat yoldaşı ilə YANARAQ ÖLDÜLƏR
Məşhur futbolçu Elburus İsmayılov VƏFAT ETDİ
Netanyahudan ABŞ-la bağlı ŞOK PLAN
Koçaryan Azərbaycana təhvil verilə bilərmi?
SON DƏQİQƏ: Paşinyan hərəkətə keçdi - Ermənistanın yeni prezidenti bu şəxs olacaq
Dollarla bağlı mühüm xəbər – Yaxın vaxtlarda vəziyyət dəyişəcək
Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto
İranın Cənubi Qafqaz planı: Ermənistanla birgə nələr hazırlanır?
İran limanlarına tətbiq edilən hərbi blokada ləğv edildi