Ekspertdən həyəcan təbili: Bu, aztəminatlı ailələr üçün çətinliklər yarada bilər

Ekspertdən həyəcan təbili: Bu, aztəminatlı ailələr üçün çətinliklər yarada bilərEkspertdən həyəcan təbili: Bu, aztəminatlı ailələr üçün çətinliklər yarada bilər
Yaxın zamanlarda satın almaq məqsədi ilə kirayə mənzillərin təklif edilməsi gözlənilir. 
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov paylaşım edib. 
Onun sözlərinə görə, məsələ ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) qiymətləndirmələrinə görə, kirayə mənzillərə tələb yüksək olduğundan onların satışı ilə bağlı qərar verildikdən sonra vətəndaş müraciətlərinin sayı həddən artıq çox olacaq:
"Məhz bunu nəzərə alan CESD, beyin mərkəzi olaraq kirayə mənzillərə müraciətlə bağlı şərtlərin təhlilini aparıb. Təhlillər göstərir ki, kirayə mənzilərə müraciət şərtləri indiki şəkildə saxlanılsa, xüsusilə aztəminatlı ailələr, qismən orta təbəqə üçün bir sıra çətinliklər yarada bilər.
Şərtlərə əsasən, müraciətçilər kredit tarixçəsinə görə üç yerə - kifayət, qənaətbəxş və mənfi qiymətləndirilən qruplara ayrılacaq. Əgər ərizəçinin kredit üzrə 12 aylıq öhdəliyi varsa, 24 ay ərzində 60 gündən çox yubanması yoxdursa, bütövlükdə kredit götürdüyü müddətdə 90 gündən çox gecikməsi mövcud deyilsə, müraciət müsbət qiymətləndirilir. Qənaətbəxş o müraciətçilərdir ki, onların kredit tarixçəsi yoxdur. Eyni zamanda, müsbət və ya mənfi kredit tarxiçəsinə aid deyillər. O, vətəndaşlarımızın kredit tarixçəsi mənfidir ki, onların son 12 ayda 90 gündən çox yubanması mövcuddur".
V.Bayramov bütün bunları nəzərə alaraq, gələcəkdə çətinliklərin yaşanmaması üçün bir sıra təkliflər irəli sürüb:
"Təklif edirik ki, müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılması meyarına dəyişikliklər edilsin. Çünki 2015-ci ildə baş verən devalivasiyadan sonra vətəndaşlarımızın çoxunun kredit ödəməsində problemlər yaranıb. Xüsusilə, xarici valyutada götürülən kreditlərin manat ifadəsində öhdəliklərinin artması əsas problem idi. Elə bu səbəbdən də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2019-cu il fevralın 28-də problemli kreditlərə güzəştlər tətbiq olundu. Məhz bu sosial fərmanın verilməsindən sonra, xüsusən də sosial layihələrdə kredit tarxiçəsinin nəzərə alınması arzuolunan deyil. Çünki tədqiqatlar göstərir ki, kredit tarixçəsinin mənfiləşməsi əksər hallarda vətəndaşın özündən asılı olmayan, xüsusən də manatın məzənnəsinin xarici valyutaya nisbətən aşağı düşməsi nəticəsində baş verib. O baxımdan biz müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılmasının tərəfdarı deyilik. Hesab edirik ki, qeyd olunan günlərin dəyişdirilməsinə ehtiyac var. Məsələn, qaydalara görə, əgər ərizəçinin 12 ay ərzində 90 gündən çox yubanması varsa, bu, mənfi qiymətləndirilir. Yaxşı olar ki, kredit tarixçəsi belə qısa müddətə müəyyənləşdirilməsin".
Könül Cəfərli  /oxu.az

Sosial       Tarix: 29 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 meherremlik 2026 cəbhədən son vəziyyət azerbaycanda son xeberler