Elçibəy buna görə Heydər Əliyevin Qurana əl basıb and içməsini istədi

Elçibəy buna görə Heydər Əliyevin Qurana əl basıb and içməsini istədiMən həmişə həqiqəti demişəm. O dövrdə Qarabağı azad etməyə, qorumağa imkan yox idi. Səbəbini deyim: o hakimiyyətin ömrü yaxşı ki, bir il çəkdi, istiqlaliyyətdən sonrakı hakimiyyəti, Əbülfəz Elçibəyin hakimiyyətini deyirəm. Elçibəy çox təmiz, çox gözəl insan idi. Sadəcə idarəçilik sistemini bacarmırdı.
KONKRET.az xəbər verir ki, bunu Teleqraf-a geniş müsahibəsində Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
O bildirib ki, Cəbhə hakimiyyətinin təmsilçiləri müəllimlik fəaliyyəti ilə məşğul olduqlarına görə dərs deməyi bacarırdılar, idarəçiliyi isə yox:
Elçibəy buna görə Heydər Əliyevin Qurana əl basıb and içməsini istədi"Bəlkə də Əbülfəz Elçibəyin ən gözəl addımı Heydər Əliyevi çağırmaq idi. Əbülfəz mənim ən yaxın dostum olub. Ömrümün axırına qədər onun ailəsi ailəm, övladları övladımdır. Mən onları çox sevirəm. O zaman dövlətimizin daxilində baş verənləri həyəcanla izləyirdik. Cənubdan "Talış respublikası" çıxmışdı, Əli Ansuxski ləzgiləri qaldırmışdı. Mən Ansuxskinin gücünü yaxşı bilirdim.
Ansuxski Moskva ilə danışıqlar aparırdı. Talışlar Moskva və İranla əlaqədə idilər. Qarabağda isə müharibə gedirdi. O zaman Heydər Əliyevi çağırmasaydılar, ola bilsin, bizə təkcə Şirvan qalacaqdı. Mən düzünü deyirəm. Rusiya kimi böyük dövlət regionda nə istəyirdi, edirdi. Çox qarışıq dövr idi. Azərbaycana fikir verən yox idi. Dünya Ukraynaya, Estoniyaya, Latviyaya, Litvaya üstünlük verirdi. Bizə dəstək olanların sayı az, çəkisi kiçik idi.
Belə bir zamanda Naxçıvanda olan Heydər Əliyev Bakıya dəvət edildi. Ondan əvvəl fevralda Əbülfəz Elçibəylə Heydər Əliyev arasında 7 saatlıq müzakirə olmuşdu. Heydər Əliyev Əbülfəz Elçibəyə deyib ki, "mən gəlsəm, vəziyyəti idarə edə və ölkəni saxlaya bilərəm". Elçibəy Heydər Əliyevdən Qurana əl basaraq söz verməsini istəyib. Deyirlər, Heydər Əliyev ruslarla danışıqlardan sonra hakimiyyətə gəldi, tamamilə yalan məlumatdı. Onda ruslar hakimiyyətə Vaqif Hüseynovu və ya Ayaz Mütəllibovu gətirmək istəyirdilər. Heydər Əliyevdən xoşları gəlmirdi.
Heydər Əliyev Əbülfəz Elçibəyə söz verdiyi kimi dövləti idarə etdi".

Siyasi       Tarix: 12 mart 2026
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 xeberlər cəbhədən son vəziyyət sonxeber