Elçin Ağamalı: "Yığışıb bir kağız parçası yazıblar"

Elçin Ağamalı: "Qərarı gördüm, lakin biz düşünürük ki, son sözü Ədliyyə Nazirliyi deyəcək. Nazirliyin müvafiq qərarı və rəyi olduqdan sonra biz öz fikrimizi bildirəcəyik".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında Ana Vətən Partiyasının sədri, keçmiş deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı deyib.
Partiyadan çıxarılması barədə qərardan danışan E.Ağamalı bildirib ki, hələlik dövlət qurumunun mövqeyini gözləyirlər:
"Ədliyyə Nazirliyinə sənədlərimizi təqdim etmişik. Qeyd etdiyim kimi, qarşı tərəf yığışıb özü üçün bir kağız yazıb, qoyub ortalığa. Bu da onların fikridir. Ədliyyə Nazirliyi müvafiq qərar verdikdən sonra partiya üzvləri ilə bir araya gəlib hansı addımı atacağımızı bildirəcəyik. Hələlik qəbul olunacaq qərarı gözləyirik".
Qeyd edək ki, noyabrın 5-də Ana Vətən partiyasının iclası keçirilib. İclasda Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının 25 oktyabr 2025-ci il tarixli növbədənkənar IX Qurultayda baş verən qanun və partiyanın Nizamnaməsi tələblərinin pozuntuları ilə bağlı İdarə Heyətinə ünvanladığı müraciət və bundan irəli gələn məsələlər müzakirə olunub. Bununla yanaşı, partiyanın 12 rayon təşkilatının sədrləri partiya üzvü olmayan 25 şəxsin qurultayın rəsmi nümayəndəsi kimi təqdim etməsi faktı da araşdırılıb. Aparılan araşdırmalar nəticəsində, bir sıra rayon partiya sədrlərinin saxtakarlığa yol verdikləri və onların göstərişi ilə partiya üzvü olmayan şəxslərin qurultay nümayəndələri qismində qurultayın gedişinə qanunsuz müdaxilələri müəyyən edilib. Partiya üzvü olmayan şəxslərin nümayəndə qismində qurultaya qatılmasına məsuliyyətsiz yanaşdığına və hazırlıq prosesində yol verdiyi nöqsanlara görə, növbədənkənar IX Qurultayın Təşkilat Komissiyasının sədri Ülvi Bayramova töhmət verilib.
İdarə Heyətinin yığıncağında verilən bütün qərarlar yekdilliklə qəbul olunub.
Eyni zamanda qeyd olunub ki, Ana Vətən Partiyasının Ali Məclisinin sədri Rəşadət Yaqublunun partiya üzvlüyündən çıxmaqla bağlı partiyanın Binəqədi rayon təşkilatına ünvanladığı ərizə nəzərə alınaraq, partiyadakı üzvlüyünə xitam verilib.
Qurultayda partiya sədrliyinə namizd olmuş Elçin Ağamalı da Ana Vətən Partiyasından çıxarılıb.

Siyasi       Tarix: 09 noyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler xeber az ən son xəbər cəbhədən son durum