Elçin Əmirbəyov: Azərbaycan müstəqil xarici siyasətini praqmatizm və milli maraqlar əsasında qurub

Elçin Əmirbəyov: Azərbaycan müstəqil xarici siyasətini praqmatizm və milli maraqlar əsasında qurubFinlandiyanın "Turun Sanomat", "İllkka-Pohjalainen", "Keskipohjanmaa" və "Kainuun Sanomat" qəzetləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Helsinkiyə etdiyi işçi səfər zamanı yerli mediaya verdiyi geniş müsahibəni dərc edib.
azxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, müsahibədə Azərbaycan və Ermənistan arasında sülh prosesi, ölkımizin Avropa ilə enerji sahəsində əməkdaşlığı, Bakının ev sahibliyi edəcəyi COP29-a hazırlıq və s. kimi aktual mövzular əhatə edilib.
E.Əmirbəyov müsahibəsində Azərbaycanın öz çoxşaxəli və balanslı xarici siyasətini sırf milli maraqları üzərində qurduğunu, hər hansı siyasi alyansa mənsub olmadan bütün qonşu ölkələrlə yaxşı əlaqələrə malik olmaq əzmində olduğunu bildirib.
Habelə Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyinə uzun illər önəmli töhfə verdiyini və ölkəmizin 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql edəcəyi qazın həcmini 2 dəfə artıracağını qeyd edib.
Ermənistanla normallaşma məsələsinə gəldikdə azərbaycanlı diplomat sülh prosesinin yekun mərhələyə qədəm qoyduğunu və tərəflərin vasitəçi olmadan məhz birbaşa danışıqlara üstünlük verdiyini, son belə danışıqların mayın 10-12-də Qazaxıstanda baş tutduğunu xatırladıb. "Biz inanırıq ki, faciəvi keçmişlə bağlı səhifəni qapamaq və ölkələrimiz üçün daha firavan gələcək qurmağa ciddi cəhd etmək vaxtı gəlib. Bizim məqsədimiz sülh müqaviləsini mümkün qədər tezliklə yekunlaşdıraraq məlum əsas prinsiplər əsasında Ermənistanla normal diplomatik əlaqələr qurmaqdan ibarətdir və bundan hər kəs faydalanacaq", - o əlavə edib.
Erməni mənşəli vətəndaşların Qarabağı tərk etməsinə gəldikdə isə, əsasən ermənilər tərəfindən iddia edilən "etnik təmizləmə" məfhumunu qətiyyətlə rədd edib və Azərbaycanın onların gedişini deyil, sadəcə Azərbaycan Konstitusiyasını qəbul etmələrini istədiyini vurğulayıb. Bununla belə, 250 min azərbaycanlı keçən əsrin sonunda məhz Ermənistanda etnik təmizləməyə məruz qalıb və doğma yurdlarından qovulub. Ermənistanla normallaşma çərçivəsində 42 km-lik Zəngəzur dəhlizinin açılmasının sülh quruculuğu baxımından önəmini vurğulayan E.Əmirbəyov bu layihənin Ermənistanın özünün dünyaya çıxışı və indiki izolasiyadan çıxması üçün də faydalı olacağını, eləcə də Asiya və Avropa arasında nəqliyyat bağlantısında vacib həlqə təşkil edə biləcəyini vurğulayıb.
Ukraynadakı vəziyyətlə bağlı suala cavab olaraq Azərbaycan rəsmisi ölkəsinin bu münaqişənin mümkün qədər tezliklə təmzimlənməsini dəstəklədiyi və onun faciəvi fəsadlarının davam etməsini istəmədiyini bildirib. Azərbaycanın 1990-cı illərdə öz ərazisinin işğalı zamanı ərazi bütövlüyü prinsipinin və suverenliyinin pozulmasından əziyyət çəkmiş bir ölkə kimi, BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş bu prinsipi qəti şəkildə dəstəklədiyini, habelə münaqişədə heç bir tərəf tutmadan Ukraynaya iri həcmdə humanitar yardımını davam etdirdiyini diqqətə çatdırıb.
Noyabr ayında Bakıda keçiriləcək COP29-a toxunan E.Əmirbəyov Azərbaycanın nailiyyətlərinin böyük neft və qaz sərvətləri olan bir ölkənin, öz külək və günəş potensialından səmərəli istifadə edərək meqalayihə çərçivəsində yaşıl enerjisini Avropaya ixrac etməklə, yenilənən enerji sahəsində də öncül mövqedə ola biləcəyinin göstərici olduğunu, qarşıdan gələn tədbirin prinsip etibarı ilə Ermənistanla sülh xüsusunda, həm də sülh COP-u ola biləcəyinə ümid bəslənildiyini vurğulayıb.

Siyasi       Tarix: 03 iyun 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun cəbhədən son durum son xəbərlər azərbaycanda cəbhədən son xəbərlər