Elçin Əmirbəyov: "Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi" - VİDEO
Elçin Əmirbəyov: "Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi" - VİDEO
ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransın ən böyük əhəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirdə iştirakı oldu.
Bunu Trend-ə açıqlamasında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.
E.Əmirbəyov bildirib ki, Prezident 3 saat ərzində çıxış etdi, çıxışdan sonra qonaqlar tərəfindən verilən sualları cavablandırdı: "Cənab Prezident bir çox məsələlərə aydınlıq gətirdi, tutarlı arqumentlər gətirərək sualları cavablandırdı. Cənab Prezident Ermənistan tərəfindən bizə qarşı aparılan dezinformasiya kampaniyasına tutarlı cavab verdi".
Hərbi Qənimətlər Parkı haqqında danışan E.Əmirbəyov bu parkın salınmasından qürur hissi keçirdiyini bildirib: "Bir Azərbaycan oğlu kimi bu parka gələndə qürur hissi keçirirəm. Bu onun təzahürüdür ki, ermənilərin 10 illiklər ərzində öz orduları haqqında yaydıqları mifdən başqa bir şey olmayıb. Xarici qonaqların da əsas fikri ondan ibarət oldu ki, Azərbaycan bu müharibəni özünün şücaəti, verdiyi qan sayəsində qazanıb və tarixi ədalət bərpa edilib. İştirakçıların bir qismi də onu qeyd etdi ki, bu parkın salınması gələcək nəsillər üçün böyük hadisəsir. Eyni zamanda, münaqişə ilə üzləşmiş ölkələrin iştirakçıları gördülər ki, bu örnək onların ölkələrində də istifadə oluna bilər".
/oxu.az
f PaylaşUstalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi