Elçin Əmirbəyovdan sensasion sülh AÇIQLAMASI: Yaxın zamanlarda
"Qarabağda olan infrastrukturun hər biri sıfırdan qurulub. Həmin ərazilərdə bərpa-quruculuq işlərinə 7 milyard dollar sərmayə qoyulub. Biz hazırda sülhə yaxınıq. Ümid edirik ki, çox yaxın zamanda yerdə qalan digər məsələlər həll olunacaq".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda keçirilən konfransda deyib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan da 2 gün öncə parlamentdə etdiyi çıxışında sülh müqaviləsinə yaxın olduğunu və bunun yaxın zamanlarda imzalanacağını, Azərbaycanla aralarında olan bütün fikir ayrılıqlarının artıq həll olunduğunu, yeganə məsələnin razılaşmaların sülh müqaviləsinə köçürülməsi olduğunu qeyd etmişdi.
O, noyabrda Bakıda keçirilməsi nəzərdə tutulan COP29-un sülh müqaviləsinin imzalanması üçün əla fürsət olması ilə bağlı bəyanatları da şərh etmişdi:
"Ümid edirəm ki, razılıq əldə olunacaq, daha dəqiq desək, bu razılaşma 2022-ci il oktyabrın 6-da Praqada, sonra Soçidə, Brüsseldə əldə olunub. Əsas prinsiplər razılaşdırılıb, onların sülh müqaviləsinin mətnində təkrarlanması qalır. Hesab edirəm ki, bizim bu işi tez bir zamanda başa çatdırmaq imkanımız var. Görəndə ki, bu iş başa çatıb, nəticələr yekunlaşıb və biz imzalamaya keçməliyik, yeri və vaxtı müəyyən etmək daha sonra müzakirə olunacaq başqa bir məsələdir". (Musavat.com)

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da