Eldar 'boykot' olunmağından danışdı

Eldar 'boykot' olunmağından danışdı"Avroviziya" deleqasiyamızın musiqi prodüseri Eldar Qasımov ilk dəfə ünvanına yazılan tənqidlərə cavab verib.
azxeber.com xəbər verir ki, bu barədə "Pərvizə görə"də danışan müğənni nüsabiqədəki dəyişikliklərdən bəhs edib:
"Avroviziya" başqa bir meydançadır, bu illər ərzində çox dəyişdi. Sən orada həm əyləndirməlisən, zövqü oxşamalısan. Fərqli olmalısan. Sadəcə oxumaq və gözəl görkəm bəs etmir. Ya hansısa tarixçən olmalıdır, ya kiminsə yazığı gəlməlidir, ya da sözün əsl mənasında firik olmalısan. Orijinallıq mütləqdir. Dəfələrlə demişəm, təmsilçi insanlar tərəfindən ələkdən keçməlidir. Necə ki, bizim vaxtımızda olmuşdu, 7 həftə ərzində yarışıb, etablardan keçirdik, insanların gözləri qarşısında idik. Xalq və jüri seçib Avropaya təqdim etməlidir".
Eldar həmçinin onu "boykot" edənlərdən söz açıb:
"Niyə reaksiya verim? Bu insanların öz fikridir. Ona normal yanaşıram. Əgər ordaydımsa, məsləhətlərimə ehtiyacları var idisə, deməli, hansısa təcrübəni keçmişəm. Birinci dəfədir bu barədə danışıram. Mənim işim sadəcə musiqi tərtibatından ibarətdir. Ümumiyyətlə, keyfiyyətli məhsul üçün mahnı seçiminə də qarışırıq. Bizim bir nömrəli istəyimiz o idi ki, öz mahnımız olsun. Yəni müəllifi Azərbaycan məhsulu olsun. Mən buna bir neçə aylıq layihə kimi baxmıram, istəyirəm ki, bizdə bu məhsulu yazan insanlar olsun, təcrübə qazansınlar, illər sonra da dünyaya çıxarsınlar. Nəbzi tutmaq çətindir, bu, bir-iki ilin söhbəti deyil, araşdırmalısan, baxmalısan. Hər şey təcrübəylə düzəlir. Biz mümkün qədər fərqli məhsullar göndərməliyik ki, sonda bizim müəlliflərdən nə tələb olunduğunu anlayaq".

Şou Biznes       Tarix: 18 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi

"Friends" serialının ulduzu Metyu Perrinin bacısı Mia Perri Bouik aktyorun ölümündən sonra ilk dəfə müsahibə verib. "Netflix"in aktyor haqqında hazırladığı sənədli filmin treylerində Mia qardaşının asılılıql

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Məşhurlar artıq yalnız kino, musiqi və ya televiziya layihələrindən qazanc əldə etmirlər. Onların bir çoxu öz adını ayrıca brendə çevirərək kosmetika, geyim, içki, enerji içkiləri və hətta rəqəmsal aktivlərdən milyonlarl


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər bugün cəbhədən son xəbərlər sonxabar cebheden xeber