Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq

Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaqPrezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış "Aqrar sahə haqqında" yeni qanunun layihəsi ictimai müzakirəyə təqdim edilib. "Aqrar sahə haqqında" yeni qanun layihəsi kənd təsərrüfatında geniş dəyişikliklər nəzərdə tutur. Layihə qəbul edilərsə, hazırda qüvvədə olan "Taxıl haqqında", "Çayçılıq haqqında", "Pambıqçılıq haqqında" və "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunlar ləğv ediləcək.
azxeber.com xəbər verir ki, İqtisadçı Eldəniz Əmirov bildirib ki, layihə aqrar sahədə bir sıra yeni mexanizmləri bir araya gətirir:
"Layihə aqrar sahədə bir sıra yeni mexanizmləri bir araya gətirir. Onlardan biri kənd təsərrüfatı məhsulları istehsalçılarının reytinq sisteminin yaradılmasıdır. Fermerlərin iqtisadi səmərəliliyi, resurslardan və dövlət dəstəyindən istifadə qaydası qiymətləndiriləcək, bu göstəricilər dəstək tədbirləri zamanı nəzərə alınacaq. Layihədə müqaviləli istehsalın genişləndirilməsi də nəzərdə tutulur. Fermer məhsul yetişdirilməzdən əvvəl alıcı ilə məhsulun miqdarı, keyfiyyəti və qiyməti, yaxud qiymətin müəyyənləşdirilməsi qaydası barədə razılığa gələ biləcək. Əmirovun fikrincə, bu mexanizm fermerin satış riskini azalda bilər. Qanun layihəsinə əsasən, zərurət yarandıqda dövlət aqrar bazara müdaxilə edə, məhsul alıb ehtiyat yarada və onun saxlanma xərclərini subsidiyalaşdıra bilər. Bu tədbirlər, xüsusilə məhsul bolluğu zamanı, qiymətlərin kəskin düşməsinin qarşısını almağa kömək edə bilər".
İqtisadçı deyib ki, sənəddə torpaq sahələrinin konsolidasiyası, kooperativləşmə və vahid əkin imkanları da yer alıb:
"Sənəddə torpaq sahələrinin konsolidasiyası, kooperativləşmə və vahid əkin imkanları da yer alıb. Məqsəd kiçik və parçalanmış torpaq sahələrinin yaratdığı səmərəsizliyi azaltmaqdır. Fermerlərin satış imkanlarının genişləndirilməsi üçün aqrar bazar və yarmarkalarla yanaşı, fermer mağazaları, səyyar satış məntəqələri və elektron platformaların yaradılması nəzərdə tutulur. Layihə subsidiya, güzəştli kredit və lizinq, qrant, dövlət investisiyası, vergi və gömrük güzəştləri, aqrar sığorta kimi dəstək vasitələrini də əhatə edir. Regionların aqrar ixtisaslaşması və bitkilərin rayonlaşdırılması dövlət dəstəyi zamanı nəzərə alına, fermerlərin qeydiyyatı və dəstək tədbirləri ilə bağlı məlumatlar isə rəqəmsal sistemdə toplana bilər".
O qeyd edib ki, qanunda nəzərdə tutulan mexanizmlərin nəticəsi onların tətbiqindən asılı olacaq:
"Qanunda nəzərdə tutulan mexanizmlərin nəticəsi onların tətbiqindən asılı olacaq. O vurğulayıb ki, tətbiq qaydaları aydın hazırlanmalı, qurumlar arasında səlahiyyət və məsuliyyət bölgüsü dəqiq müəyyənləşdirilməli, regionlarda icra prosesləri əlaqələndirilməli, fermerlər üçün prosedurlar sadə və anlaşıqlı olmalıdır. Dövlət dəstəyinin meyarları, reytinq sisteminin işləmə prinsipi, bazara müdaxilə halları və müqaviləli istehsalda tərəflərin hüquqlarının qorunması əvvəlcədən dəqiqləşdirilməlidir. Həmçinin qanunun bütün regionlarda vahid prinsiplərlə tətbiqinə, fermerlərin dəstəyə bərabər çıxışına və qərarların icrasına nəzarət olunmalıdır".
"Əgər tətbiq qaydaları aydın, icra mexanizmi işlək, qurumlar arasında koordinasiya düzgün və nəzarət effektiv olarsa, yeni qanun aqrar sahədə məhsuldarlığın, investisiyanın, fermer gəlirlərinin və bazara çıxış imkanlarının artmasına real töhfə verə bilər. Əks halda, qanunun özündən gözlənilən iqtisadi nəticələri əldə etmək çətin olacaq", - deyə Eldəniz Əmirov qeyd edib.
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 06 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Kapital Bank nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Kapital Bank dünyanın aparıcı maliyyə institutlarını, texnologiya şirkətlərini və digər maliyyə bazarı iştirakçılarını bir araya gətirən "Sibos 2026" beynəlxalq konfransında iştirak edib. Bankın nümayəndələri tədbi

Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir

Bu il 30 yaşını qeyd edən Azercell yubiley sevincini abunəçiləri ilə bölüşür. Şirkət bu əlamətdar tarix münasibətilə "30 il səninlə" lotereyasına start verir. Şəhərin mərkəzində mənzil, Toyota Corolla Cross avtomobilləri

Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsini

Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb

Unibank və Niderlandın sahibkarlığın inkişafı bankı FMO əməkdaşlıqlarında yeni mərhələnin başladığını və ümumi məbləği 50 milyon ABŞ dolları, müddəti isə 4 il olan strateji müddətli maliyyələşdirmə sazişinin imzalandığın

Quba Palace Hotel'in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR

Quba Palace Hotel və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə layihəsi olaraq "Quba Palace Hotel"in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda məktəblilər üçün qolf dərslərinə start verilib

Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi

Yeni paket geniş idman məzmununu və 260-dək yerli və xarici telekanalı bir abunəlikdə birləşdirir. Azercell Kinon TV platformasında idmansevərlər üçün yeni "Setanta Sports & TV" paketi istifadəyə verib. Yen

Texnologiyada qadın gücü: Bir 'Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers" proqramında 66 iştirakç

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,38% artara

AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR

Xankəndi şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib. Forum AccessBank-ın tərəfdaşlığı, "Karabakh Training Center" və "World"


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber az qarabag cəbhədən son xəbər siyaseti xeberler bugun