Eldəniz Məmmədov: "Təəssüf ki, Sərdərlini qonşu kəndə köçürürlər" – AÇIQLAMA + FOTO

Eldəniz Məmmədov: Eldəniz Məmmədov: "Təəssüf ki, Sərdərlini qonşu kəndə köçürürlər" – AÇIQLAMA + FOTO
Müğənni Eldəniz Məmmədov dünyaya gəldiyi Füzuli şəhərinə yollanıb. Doğma torpağını ziyarət edən sənətçi Sərdərli kəndində dağılmış evinin qarşısında çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Muğam ifaçısının paylaşımındakı "Füzuli rayon Sərdərli kəndi, doğulduğum ev" sözləri izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Oxu.Az-ın əməkdaşı muğam ifaçısı Eldəniz Məmmədov ilə danışıb. Xanəndə səfəri ilə bağlı maraqlı təəssüratlarından söz açıb.
E.Məmmədov Sərdərlinin qonşu kəndə köçürüldüyünü qeyd edib:
"Bizim kəndi başqa kəndə köçürdürlər. Bir qədər bu məsələyə görə, narahatıq. İcazə versələr hamı kimi biz də öz həyətimizdə ev tikərdik. Qonşu kəndə köçürülür. Yəqin ki, belə məsləhətdir.
Bizim kəndin çox böyük tarixi var. Çox böyük alimlər, milli qəhrəmanlar yetişdirib. Təəssüf ki, belə qərar verilib. Kəndimiz öz yerində bərpa edilsəydi, daha uyğun olardı".
Xanəndə doğma yurdunu ziyarət etməsinin çox qürurverici hiss olduğunu vurğulayıb:
"Torpaqlarımızın düşmən tapdağından azad edilməsi hamı kimi məni də çox sevindirir. Çox fərəh hissi keçirirəm. Torpaqlarımız 30 il ərzində 30 saniyə belə mənim yadımdan çıxmayıb. Çünki ən gözəl illərimiz o torpaqlarda keçib. Şükürlər olsun ki, Qarabağımız bu gün tam azaddır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirəm. Allah qələbəni bizdən heç vaxt əskik etməsin.
Təbii ki, qələbə həmişə bizimlədir. Artıq biz çox qüvvətli bir dövlətik. Türkiyə dövləti ilə olan qardaşlığımızı da Allah həmişə var etsin".
Eldəniz Məmmədov sonda yeni layihələr üzərində çalışdığını əlavə edib:
"Yeni mahnılar yazdırıram. Yeni işlərimiz var. Sırf öz sənətimlə məşğulam".
Eldəniz Məmmədov: Nəzrin Vahid

Maraqlı       Tarix: 01 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri