Elektron siqaret çəkənlərə pis xəbər: Bu zərərləri var…

Elektron siqaret çəkənlərə pis xəbər: Bu zərərləri var…Xəbər verdiyimiz kimi, Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur. Bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif olunur. Təklif edilən dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Pulmonoloq Əsəd Beydullayev azxeber.com-a açıqlamasında deyib ki, elektron siqaretləri bir çoxları xilas yolu kimi görürdü:
"Elektron siqaretləri ənənəvi siqaretlərə əvəzedici kimi meydana çıxanda, bir çoxları bunu xilaskar kimi görürdü. Amma zaman keçdikcə məlum oldu ki, elektron siqaretlərin zərərli tərəfləri az deyil. Bunun ən əsas səbəbi onların çox təhlükəsiz görünməsidir. Bu səbəbdən cavanlar, yeniyetmələr, qadınlar elektron siqaretdən rahatlıqla istifadə edir və düşünürlər ki, bunun heç bir ziyanı yoxdur. Hətta demək olar ki, zərəri ənənəvi siqaretlərdən daha çoxdur. 2019-cu ildə ABŞ-də elektron siqaretlə bağlı ilk ölüm hadisəsi baş verib. Xəstəliyə EVALI adı verilib və bu, ağciyərin interstisial  xəstəliyidir. Xəstəlik letal sonluqla, yəni ölümlə nəticələnə bilir. Cəmi 90 gün elektron siqaret istifadəçisi olmaq belə xəstəliyin yaranması üçün kifayətdir. Üstəlik, xəstəliyin müalicəsi də o qədər ürəkaçan deyil".
Həkim deyib ki, elektron siqaretdən gənclər, yeniyetmələr, qadınlar, o cümlədən, kişilər uzaq durmalıdır:
"Elektron siqaretdən gənclər, yeniyetmələr, qadınlar, o cümlədən, kişilər uzaq durmalıdır. "Elektron siqaret "mehriban düşmən" kimidir, gözəl, cəlbedici görünür, amma çox qorxuludur. Bu səbəbdən bəzi ölkələrdə artıq elektron siqaretlərin qadağan olunmasını müsbət addım hesab edirəm. Düşünürəm ki, ölkəmizdə də bu məsələ nəzərdən keçirilsə, insanların sağlamlığı daha yaxşı qorunmuş olar".
"Maarifləndirici videolarımız çox azdır. İnsanlar siqaret və elektron siqaret mövzusuna barmaqarası yanaşır, tüstüdən qorxmamağa çalışır və düşünürlər ki, tüstü insana nə edə bilər ki?. Xüsusilə də üst tənəffüs yollarında problemi olanlar – allergiyası olanlar, astma xəstələri, ümumiyyətlə ağciyər xəstələri üçün siqaret və elektron siqaret vəziyyəti daha da ağırlaşdırır. Ona görə bu insanlar onlardan xüsusilə uzaq durmalıdırlar"-, deyə ekspert vurğulayıb.
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 18 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 cəbhədən son məlumat krimnal bugun sonxabar