Əli Əkbər Vilayəti: İran heç vaxt Azərbaycanı işğal etmək və ya nəzarəti ələ keçirmək niyyətində olmayıb
İran heç vaxt Azərbaycanı işğal etmək və ya nəzarəti ələ keçirmək niyyətində olmayıb.
KONKRET.az xəbər verir ki, İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti "Tasnim" xəbər agentliyinə belə bir açıqlama verib.
Vilayəti Azərbaycan xalqının İran tarixindəki əsas rolunu və ölkənin qorunmasında, İranın qüdrətinin və regional əhəmiyyətinin gücləndirilməsində mühüm addımlarını yüksək qiymətləndirib. Vilayəti həmçinin İslam Respublikasının Azərbaycana hücum və ya qonşu ölkədə hakimiyyəti ələ keçirməyi planlaşdırdığına dair ittihamları və şayiələri təkzib edib.
O, həmçinin iki ölkə arasında, o cümlədən mediada baş verən siyasi gərginliyə toxunaraq, etnik mənsubiyyətindən asılı olmayaraq bütün iranlıların iranlı hesab edildiyini vurğulayıb. Vilayətinin sözlərinə görə, İran heç vaxt qonşularına paxıllıq etməyib; əksinə, həmişə onlara diqqət və hər kəslə müsbət münasibət saxlamaq istəyi ilə yanaşıb.
"Hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı azərbaycanlıdır. Bu, onların qeyri İran pasportlu olmasına və ya İrandan kənarda yaşasamasına rağmən belədir" – deyən Əli Əkbər Vilayəti "Mən də azərbaycanlıyam" – deyə fikrini davam etdirib.
"Qürur hissi ilə demək istəyirəm ki, digər iranlılar kimi mən də özümü azərbaycanlı hesab edirəm. Mən Əlbərz dağlarının ətəyindən gəlirəm. Mən də digər iranlılar kimi İranın hər bir hissəsini ruhumun və qəlbimin bir guşəsi hesab edirəm və hətta onu qorumaq üçün canımı da verəcəm" – deyə o bildirib.
Günel Mikayılova,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü