Əli Həsənovun kadrı şeyxi tənqid edən Ərdoğanın baş müşavirini hədəfə aldı: "Mücahid bəy çox böyük səhv edir

Əli Həsənovun kadrı şeyxi tənqid edən Ərdoğanın baş müşavirini hədəfə aldı: "Kəskin zəka və iti qələm sahibi Yılmaz Özdilin Türkiyə Prezidentinə qarşı münasibəti sirr deyil. Bəlkə də yazıları ilə Cənab Ərdoğanın nüfuzuna ən çox xələl yetirən jurnalistdir. Onun 2013-cü ildə bir çıxışında qəfildən Prezidenti müdafiə etməsi hər kəsi təəccübləndirmişdi. Suriya Prezidenti Bəşər Əsədin cənab Ərdoğan haqqında təhqiramiz ifadələr işlətməsi Özdilin heysiyyatına toxunmuşdu. "Benim Cumhurbaşkanıma kimsə hakaret edəməz, çünki o, Türkiyədir".
Azxeber.com Demokrat.az-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin sabiq köməkçisi Əli Həsənovun qohumu və işçisi Bəhruz Həsənov qeyd edib.
O, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyx Allahşükür Paşazadəni tənqid edən Ərdoğanın baş müşaviri ilə bağlı fikirlərini bölüşüb:
"Bu, dövlətçilikdir, dövlət ədəbidir, ərkandır və bu kimi keyfiyyətlərə sahib olmaq üçün dövlət qulluqçusu olmağa gərək yoxdur. 
Dövlətçilik damarında axmalıdır, onu duymalısan, hiss etməlisən. Dini idarənin rəhbəri Hacı Allahşükür Paşazadə ilə bağlı olaya da bu astpekdən yanaşıram. O, böyük və dərin ənənələrin simasıdır. Hər nə qədər bizi təəssüfləndirsə də bu, belədir. Mənə qalsa Şeyxülislamın artıq getmək vaxtıdır, yaş üstünə yaş gəldikcə səhv üstünə səhv gəlir, şəxsən mən məlum "fətva" açıqlamasını özüm üçün həqarət hesab edirəm.
Amma böyük hörmət bəslədiyim Türkiyə Prezidentinin müşaviri Mücahid bəy çox böyük səhv edir ki, Şeyx haqqında ironik status paylaşır. Birincisi, Şeyx PA rəsmisi deyil, ona irad tutulacaqsa qardaş ölkənin Dəyanət İşləri idarəsi bunu edə bilər. Ki, onlar da etməməlidir, bunun üçün məxfi kanallar var.
İkincisi, Azərbaycan ictimaiyyəti məlum açıqlamanı qınadı, qınayır. Kor deyilik, qardaşımız və düşmənimizi seçməyi bacarırıq, din adı altında pərdələnmiş hər cür riyakarlığı sezə bilirik. Hətta Fətullah Gülən təhlükəsini də ilk biz sezmişdik, o zaman Ankarada sarmaş-dolaş idilər".
Bəhruz Həsənov Türkiyə dövlət rəsmisinin iki ölkə ilə bağlı məsələlərdə daha diqqətli olmasının lazım olduğunu vurğulayıb:
"Bizim ən böyük dəstəyimiz hər zaman Türkiyədir, mənim üçün bu ölkə iki Vətənimdən biridir. Uşaqlıqdan bəri bütün həyatım Türkiyə ilə bağlı olub. Amma ola bilər məmləkətdə İran sevdalıları da olsun, normaldır. Hətta Türkiyənin özündə də İranın müəyyən dairələrinin təsirində olan 100 minlərlə insan var. İndi nə edək? Hamısını qılıncdan keçirək? Yəni qardaş ölkənin PA rəsmisi daha diqqətli olmalıdır.
Şahsına olmaya bilir, ama makam saygı gerektirir!
Ve ya devlet mensubu gazeteçi değil, o, her aklından keçeni konuşamaz, konuşmamalı...
Digər məsələlərə isə toxunmuram, amma qardaş ölkədə məşhur deyim var: "kol kırılır, yen içində kalır".

Siyasi       Tarix: 27 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən ən son xəbər ən son xəbərlər bugün xeber saytlari gunun xeberleri