Əli Nağıyev Gürcüstanda rəsmi səfərdədir
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradze Tbilisidə rəsmi səfərdə olan Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə görüşüb.
KONKRET.az xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında mövcud strateji tərəfdaşlığın əsas istiqamətlərini və təhlükəsizlik sahəsində sıx əlaqələrin daha da dərinləşdirilməsinə yönəlmiş gələcək təşəbbüsləri nəzərdən keçiriblər.
Bildirilib ki, iki ölkənin təhlükəsizlik orqanları arasında əməkdaşlıq Gürcüstan və Azərbaycan arasında əlaqələrin və regionda sülhün və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Bundan əlavə, söhbət zamanı regionda gedən proseslərə və problemlərə də toxunulub. Mamuka Mdinaradze Gürcüstana səfərinə görə Əli Nağıyevə təşəkkür edib və səfərin əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra Mamuka Mdinaradze və Əli Nağıyev Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önünə və Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyublar.
Kurslar.az kurslar [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib