"Əli və Nino"nun mərkəzi filialı qarət olundu - VİDEO
"Əli və Nino" kitab mağazaları şəbəkəsinin Fəvvarələr Meydanında yerləşən filialı ötən gün qarət olunub.
Open.az xəbər verir ki, bu barədə mağazanın təsisçisi Nigar Köçərli məlumat yayıb.
O qeyd edib ki, hadisə ötən gün axşam saat 9 radələrində qeydə alınıb: "Mağazaya 3 nəfər daxil olub. Onlardan biri suallarla satıcıların başını qatıb, digər iki nəfər isə işçilərə aid otağa daxil olaraq onların telefon və digər əşyalarını oğurlayıb. Mənzili və ya ofisi qarət olunanlar bizim nələr yaşadığımızı yaxşı anlayar. Xüsusən də, bu hadisənin Bakının mərkəzində baş verməsi çox təssüf doğurur".
N. Köçərli əlavə edib ki, təsisçisi olduğu mağazalar şəbəkəsində daha əvvəl də oğurluq halları baş verib. Mağazanın Gənc Tamaşaçılar Teatrının yaxınlığında yerləşən şöbəsi eyni dəstə tərəfindən dəfələrlə qarət olunub. Onun iddiasına görə, polis bölməsində təqsirləndirilən şəxslərlə söhbət aparılıb, daha sonra onlar azadlığa buraxılıblar: "Oğurluq hadisəsi ilə bağlı polisə dərhal məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları şəhərin mərkəzində uzun müddət fəaliyyət göstərən bu quldur dəstəsini yaxşı tanıdıqlarını bildirdilər".

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı