Əliəkbər Ocaqnejat Azərbaycanda xüsusi agentura şəbəkəsinin yaradılması ilə məşğul olub

Əliəkbər Ocaqnejat Azərbaycanda xüsusi agentura şəbəkəsinin yaradılması ilə məşğul olub"Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsindən sonra yeni reallıqlar yaranıb. Artıq bütün dünya ölkəmizin qələbəsini qəbul edir və yeni reallıqlara uyğunlaşır. Çox təəssüf ki Azərbaycanla hər zaman dost və mehriban qonşuluq münasibətlərində olan İran bu gün Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir".
Azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, İranın Azərbaycan əleyhinə həyata keçirdiyi siyasətin və apardığı kampaniyanın kökündə böyük böhtan və qərəz dayanır: "Rəsmi Tehran Azərbaycanın tarixi naliyyətini qəbul edə bilmir. O İran ki, özünü islam respublikası adlandırır. Amma Ermənistanın müsəlman ölkəsi olan Azərbaycan torpaqlarını işğala məruz qoyduğu zaman, Azərbaycan ərazisində mövcud olan bütün infrastrukturun, sosial obyektlərin, evlərin darmadağın edilməsində birbaşa iştirak edib. Bu ölkənin vətəndaşları vaxtilə işğal altında olan ərazilərdə ermənilərlə birgə evlərin sökütüsünü həyata keçirib, tikinti materialları kimi İrana daşıyaraq, orada xüsusi bazarlarda satışını təşkil ediblər. Onlar bununla kifayətlənməyiblər, İran elə həmin dövrlərdə ermənilərlə birgə Azərbaycanda meşələrin qırılmasında, ekologiyaya ziyan vurulmasında birbaşa iştirak edib. Həmçinin Azərbaycanla sərhəd ərazilərdə, tarixi Azərbaycan torpaqlarında qeyri-qanuni əkin-biçinlə məşğul olublar, mal-qoyun saxlayıblar. Bu, yolverilməzdir".
Deputat qeyd edib ki, uzun müddət İran dini liderinin xüsusi nümayəndəsi kimi Azərbaycanda fəaliyyət göstərən Əliəkbər Ocaqnejat bu illər ərzində Azərbaycanda sadəcə xüsusi agentura şəbəkəsinin yaradılması ilə məşğul olub: "Hüseynçilər hərəkatı, İslam Partiyası, Müsəlman Birliyi Hərəkatı və s. zərərli təriqətlərin kurasiyasını həyata keçirib. Bu, birbaşa İranın Azərbaycana qarşı qərəzidir. Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi bütün bu ittihamları rədd edir, İran tərəfinin ermənilərlə birgə Azərbaycanın tarixi torpaqlarında həyata keçirdiyi vandallıqları və dağıdıcı missiyasını ifşa edir".

Siyasi       Tarix: 12 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri ən son xəbərlər bugün son xeberler azerbaycan