Əliyev daha bir ölkəni dağıdıcı müharibədən xilas edir – Kritik gəlişmə

Əliyev daha bir ölkəni dağıdıcı müharibədən xilas edir – Kritik gəlişməAzərbaycan–Gürcüstan diplomatik münasibətlərinin 33-cü ildönümü qeyd olunur. Bu müddət ərzində Bakı bir çox sahədə Tbilisiyə dəstək göstərib.
Məlum olduğu kimi, rəsmi Bakı Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir, çünki orada Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Tarixi təcrübə göstərir ki, erməni siyasi və ictimai dairələri zaman-zaman Cavaxetiyaya da dair iddialar səsləndiriblər. Bəs bu məsələdə Tbilisinin mövqeyi necədir? Ermənistan konstitusiyasında Gürcüstana qarşı hər hansı ərazi iddiası və ya eyham mövcuddurmu?
Azərbaycan gələcəkdə regionda yeni müharibənin başlamaması üçün Ermənistanın, erməni cəmiyyətinin bütün ərazi iddiası cəhdlərini bloklaya bilərmi?
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Ermənistanın "ərazi iddiaları" yalnız İrəvan–Bakı xəttini deyil, İrəvan–Tbilisi münasibətlərini də diqqət mərkəzinə gətirir:
"Ermənistan konstitusiyasında Gürcüstana ərazi iddiasının olmadığı Paşinyan hökuməti tərəfindən dəfələrlə bəyan olunsa da, bu ermənilərin belə iddialarının olmadığı anlamına gəlmir. Belə ki, Ermənistanın daxili siyasətində və diaspor dairələrində erməni radikal qruplarının "Javakhk" adlandırdığı Cavaxetiya ilə bağlı uzun illərdir etnik əsaslı iddialar mövcuddur. Bu iddialar rəsmi səviyyədə qaldırılmasa da, müəyyən qruplar tərəfindən mədəni muxtariyyət, öz müqəddəratını təyinetmə hüququ və digər bu kimi şüarlarla gündəmdə saxlanılır. Gürcüstan hökuməti isə bu cür mövqelərə qarşı həmişə qətiyyətli olub və ərazi bütövlüyünə dair hər hansı müzakirələrin açılmasına imkan verməyib".
Politoloq qeyd edib ki, məsələnin bizim üçün əhəmiyyəti daha dərindir:
"Azərbaycan Qarabağ müharibələri dövründə Ermənistanın konstitusiyasındakı "tarixi torpaqlar" mövzularını real təhdid kimi yaşayıb. Buna görə də sülh müqaviləsinin imzalanması üçün bu maddələrin dəyişdirilməsi şərtini irəli sürür. Bakı hesab edir ki, ərazi iddiaları, istər Azərbaycana, istərsə də Gürcüstana qarşı olsun, gələcəkdə regionda yeni münaqişə risklərini gücləndirir. Bu baxımdan Azərbaycan yalnız öz təhlükəsizliyini deyil, həm də Gürcüstanın təhlükəsizliyini düşünür. Çünki regionda hər hansı qarşıdurma Bakı–Tbilisi–Ceyhan enerji xətti, Bakı–Tbilisi–Qars dəmir yolu və digər strateji layihələrə birbaşa təsir göstərə bilər. Odur ki, Tbilisi ilə Bakı arasındakı yüksək səviyyəli koordinasiya Ermənistanın potensial iddia ritorikasının regional miqyasda qarşısının alınmasında mühüm rol oynaya bilər.
Nəticə etibarilə, Ermənistan konstitusiyasında Gürcüstana qarşı açıq ərazi iddiası olmasa da, bu iddialarla bağlı ictimai müzakirələrin mövcudluğu və diaspor tərəfindən dəstəklənməsi region üçün uzunmüddətli təhlükəsizlik riskləri yaradır. Bu risklərin neytrallaşdırılması üçün ən mühüm töhfə isə Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığıdır".

Siyasi       Tarix: 21 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun en sonxeber kriminal son xeber.az