Əliyev Qarabağdakı bu "rus planı"na qarşı hərəkətə keçdi - Güzəşt olmayacaq
Əliyev hakim "Vahid Rusiya" partiyasının üzvü Vitali Milonovun Qarabağa qanunsuz səfəri ilə bağlı Medvedyevə etiraz məktubu göndərdi: bu etiraz rəsmi Bakının Moskvaya ərazi bütövlüyü və suverenliyi məsələsində güzəşt olmayacağını ən yüksək səviyyədə çatdırmasıdır.
Milonov Qarabağda "rus icması" planının aparıcı fiqurudur və bu planın indi aktivləşdirilməsi səbəbsiz deyil:
– Azərbaycan-Ermənistan sərhədinin müəyyən edilməsi ilə İrəvanın oyundankənar vəziyyətə düşəcəyi məlumdur və bu, Qarabağdakı separatçı-terrorçuların bizim daxili məsələmiz olduğu faktını daha da gücləndirəcək; Paşinyanın "Qarabağın statusu" ilə bağlı son açıqlaması da İrəvanın separatçı-terrorçuları rusların qucağına itələdiyini deməyə əsas verir;
– Ermənistanın oyundan çıxması Qarabağda güc balansını Azərbaycanın xeyrinə dəyişəcək və bu, rus sülhməramlılarının bölgədə nəzərdə tutulan vaxtdan daha çox qalması perspektivini də zəiflədir.
Rusiya məhz indi – Ermənistanın oyundan çıxması prosesinin getdiyi vaxtda "rus icması" kartını da işə salır: bu, Moskvanın bölgədə mövcudluğunu davam etdirmək "arqumentini" gücləndirmək və əlavə rıçaqlar qazanmaq planıdır.
Rəsmi Bakı bu plana qarşı ən yüksək səviyyədə mövqe ortaya qoydu. Və Əliyev bununla Rusiyaya açıq mesaj verdi ki:
– "Rus icması" planından xəbərdarıq;
– Ərazi bütövlüyü və suverenliyimiz məsələsində güzəşt olmayacaq.
Rəsmi Bakının ən yüksək səviyyədə etirazı Qazaxıstan hadisələri fonunda da xüsusi diqqət çəkir. Əliyevin mümkün risklərə qarşı Qarabağda müəyyən gedişlər edəcəyi də istisna deyil.
Asif Nərimanlı /konkret.az

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı