Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdiÇində "ŞƏT plyus" formatında keçirilən görüşdə Əliyevlə Paşinyanın fikirləri toqquşub.
Prezident İlham Əliyev çıxışı zamanı Zəngəzur dəhlizinin Avrasiyanın nəqliyyat şəbəkəsi üçün əhəmiyyətindən danışıb. Bildirib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib.
Əliyevin Zəngəzur dəhlizi ifadəsi Paşinyanı narahat edib. Erməni baş nazir deyib ki, Azərbaycan Prezidentinin işlətdiyi ritorika Vaşinqtonda əldə olunan razılaşmaların məntiqinə uyğun deyil. O, ABŞ-da əldə olunan razılaşmanın "Trampın Sülh və Rifah Marşrutu" adlandırıldığını və bu addan istifadə edilməsinin konstruktiv atmosferə töhfə verəcəyni bildirib.
Vaşinqton razılaşmasında əks olunan "Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı" TRİPP adlandırılsa da, bu, mahiyyət etibarilə rəsmi Bakının beynəlxalq leksikona daxil etdiyi Zəngəzur dəhlizidir. Əliyev də məhz bu leksikondan çıxış edir. Və Azərbaycan Prezidentinin ŞƏT-də Zəngəzur dəhlizi ifadəsini işlətməsinin hədəfləri də var.
Çində "Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək" layihənin Vaşinqton razılaşmasına əsasən TRİPP adlandırılması diplomatik diletantlıq olardı. Çünki TRİPP ABŞ-ın "Bir kəmər, bir yol" layihəsinin önündə güclənməsi deməkdir və bu, Pekinin Orta dəhlizə diqqətini azalda bilər. Azərbaycan bu perspektivin qarşısını almaq niyyətindədir. Əliyevin Zəngəzur dəhlizi ifadəsi, bunun Orta dəhliz, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizinin seqmenti olduğunu vurğulaması Pekinə və ŞƏT üzvlərinə ünvanlanmış mesajdır: razılaşma Vaşinqtonda olsa da, yola ABŞ nəzarət etsə də, bu, Bakının təşəbbüskarı olduğu Zəngəzur dəhlizidir və Azərbaycan bu nəqliyyat seqmentində Çinlə, eləcə də Şimal-Cənub dəhlizində yer alan ŞƏT üzvləri ilə əməkdaşlığa hazırdır;
Əliyev Paşinyandan fərqli olaraq, "böyük oynayır". Erməni baş nazirin Azərbaycan Prezidentinə "düzəliş" etmək cəhdi daxili siyasətdə "əlini gücləndirmək" məqsədi daşıyır. Cavab verməsəydi müxalifət Zəngəzur dəhlizi ifadəsinə görə onu ittiham edəcəkdi. Nikol cavab verdi, əvəzində isə Pekinin marağını itirmək riski ilə üzləşir. Paşinyanın bunu anladığını demək çətindir, əks təqdirdə, Çində ABŞ razılaşmasına xüsusi diqqət çəkməzdi.

Siyasi       Tarix: 02 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler valyuta mezennesi 2026 cəbhədən son xəbər sonxabar az