Əliyevin tarixi "Düşənbə" QƏLƏBƏSİ: Putinlə görüşün PƏRDƏARXASI
Rusiya Prezidentinin təyyarə insidenti ilə bağlı son açıqlamaları iki ölkə arasında yaranmış gərginliyin aradan qalxmasına səbəb olub. Hadisə ətrafında aparılan diplomatik danışıqlar nəticəsində situasiyanın tam şəkildə həll olunduğu bildirilir. Mütəxəssislər hesab edirlər ki, bu məsələ Azərbaycan-Rusiya münasibətlərinə yeni dinamika qazandıracaq, xüsusilə, iqtisadi və siyasi əməkdaşlıq sahələrində müsbət impuls yaradacaq.
Mövzu ilə bağlı KONKRET.az-a danışan sabiq deputat, siyasi təhlilçi Elşad Mirbəşiroğlu bildirib ki, iki ölkə liderlərinin son görüşü xüsusi əhəmiyyət daşıyır:
"Rusiya Prezidenti Azərbaycan lideri İlham Əliyevə təyyarə qəzasının baş vermə səbəblərini izah etdi və üzrxahlığını bildirdi. Dövlət başçımız da məlumat üçün Rusiya Prezidentinə təşəkkürünü ifadə etdi. Diqqətçəkən məqamlardan biri də odur ki, Rusiya Prezidenti Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini, iqtisadi artımın 6 faizdən 16 faizə yüksəldiyini vurğuladı".
Elşad Mirbəşiroğlunun sözlərinə görə, görüş iki ölkə arasında qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xidmət edib:
"Bu görüş bir daha göstərdi ki, Azərbaycan tam bərabərhüquqlu münasibətlər sisteminin iştirakçısıdır. Prezident İlham Əliyev hər zaman ölkəmizin maraqlarını inamla qoruyub, mövqelərimizə hörmətlə yanaşılmasını təmin edib. Bu, növbəti dəfə təsdiqləndi."
Siyasi təhlilçi hesab edir ki, baş verən bu diplomatik addımlar münasibətlərin gələcək inkişafına zəmin yaradacaq:
"Fikrimcə, bu, Azərbaycan-Rusiya əlaqələrində yeni mərhələnin başlanğıcı ola bilər. Görüş gərginlik elementlərinin aradan qalxmasına və münasibətlərin daha sağlam əsasda davam etməsinə ciddi töhfə verəcək."
Müşviq Tofiqoğlu
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib