Elman Rüstəmov: Əhalimiz, iş adamları görürlər ki, hökumət addımlar atır, geriyə çəkilmirik - VİDEO
Əhalimiz, iş adamları görürlər ki, hökumət addımlar atır, geriyə çəkilmirik.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Azərbaycan Televiziyasına müsahibəsində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Baş bankir bildirib: "Baş verən böhran qeyri-adidir. Lakin, Azərbaycanın makroiqtisadiyyatı kifayət qədər dayanıqlıdır. Mən deyərdim ki, makroiqtisadiyyatımızın böhrana dirəniş imkanları var. Bu dayanıqlılıqdan da istifadə edirik. Əhalimiz, iş adamları görürlər ki, hökumət addımlar atır, geriyə çəkilmirik. Əksinə, problemin qarşısında dayanmışıq. İkinci aydır ki, gərgin situasiya dramatik şəkildə davam edir. Amma, biz geri çəkilmirik, dediyimiz platformada dayanmışıq. Cənab Prezidentin qarşımızda qoyduğu tələblər, makroiqtisadi sabitliyimiz təmin olunmalıdır. Bizi istəməyən bəzi qüvvələr mənfi proqnozlar verirlər, özlərinin arzuladıqlarını həqiqət kimi göstərməyə çalışırlar. Cənab Prezident dediyi kimi, biz, heç kimdən heç nə gizlətmirik. Reallıq nədirsə, onu xalqa çatdırırıq. Prezidentimizdən nümunə götürərək, tam açıqlıqla deyirik ki, situasiya gərgindir, mürəkkəbdir, qeyri-müəyyəndir. Amma, bu situasiyanı idarə edirik və etmək fikrindəyik".
Milli.Az
/news.milli.az
f PaylaşTurlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar