Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Prezidenti və Baş katibi ilə görüşüb
Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Prezidenti və Baş katibi ilə görüşüb
Slovakiyanın Bratislava şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Prezidenti George Tsereteli və qurumun Baş katibi Roberto Montella ilə görüşüb.
XİN-dən Oxu.Az-a verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib və konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən nazir Elmar Məmmədyarov, ölkəmizin bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırdı.
Görüşdə, nazir Elmar Məmmədyarov ölkəmizdə aparılan struktur islahatları və idarəetmənin təkmilləşdirilməsi haqqında danışıb və dövlət başçısının sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilərin gələn ilin fevral ayında keçiriləcəyini qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir parlament seçkilərinin azad, ədalətli, şəffaf və demokratik şəkildə keçiriləcəyi və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə inamını vurğulayıb.
Öz növbəsində, G.Tsereteli və R.Montella Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyini və qurumun fəaliyyətinə mühüm töhfə verdiyini razılıqla qeyd edərək, ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.
Həmçinin, tərəflər ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun yaradılmasının tərəflər arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini bildirdilər.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı