Elmar Məmmədyarov: "Ermənistan Rusiyanı nəinki regiondan, heç öz ərazisindən də çıxara bilməyəcək"

Elmar Məmmədyarov: Son vaxtlar Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi müxtəlif səviyyələrdə müzakirə olunur. Əsasən, siyasi texnoloqların müzakirə mövzusu olan məsələyə fərqli yanaşmalar var. Nikol Paşinyanı Rusiya barədə səsləndirdiyi fikirlərə görə qınayan erməni və rus ekspertlər onu məsuliyyətsiz çıxışlarına görə tənqid edirlər. Ermənistan Baş naziri isə dediyində israrlıdır və imkan düşən kimi Rusiyanın əleyhinə ittihamlarını davam etdirir. Rusiyanın əvvəl-axır Cənubi Qafqazı tərk edəcəyini deyən Paşinyan bildirir ki, ruslar Ermənistan ərazisindən də çəkilməlidirlər.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlamasında keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Ermənistan Rusiyanı regiondan çıxarmaq gücündə deyil:"Ermənistanın bu istəyi sadəcə lirikadır. Onlar Rusiyanı nəinki regiondan, heç öz ölkələrindən də çıxara bilməyəcəklər. Hələ nəzərə almalıyıq ki, Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası var. Üstəlik, Rusiyadan iqtisadi baxımdan da asılıdır. Deməli, həm iqtisadi, həm də hərbi baxımdan Rusiya Ermənistana diqtə edir. Nəzərə alın ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanın özündə yaşayan əhalinin sayından çoxdur. Həmin adamların da Ermənistanda xeyli sayda qohum-əqrəbası yaşayır və il ərzində Rusiyadan Ermənistana milyonlarla dollar vəsait daxil olur. Bütün bunların Ermənistan-Rusiya əlaqələrində önəmli rolu var".
Ekspert hesab edir ki, indiki situasiyada Paşinyan şantaj yolunu seçib: "Ermənistan Baş naziri açıq deyir ki, Rusiya bunlara kömək etməli, ruslar gəlib ermənilərin yerinə vuruşmalıdır. Onlardan adekvat cavab almayanda isə şantaj yolunu tutur. Düzünü desəm, mən ermənilərin rusları bölgədən çıxarmağa gücünün çatacağına qəti inanmıram".
Ermənistanın son günlər törətdiyi təxribatlar, mövqelərimizn atəşə tutulması regionda müharibə riskini artırır. Amma Elmar Məmmədyarov hesab edir ki, genişmiqyaslı müharibə gözlənilmir: "Müharibənin olacağına inanmıram. Amma lokal hərbi toqquşmalar gözləniləndir. Azərbaycan bununla erməniləri sülhə məcbur etməlidir. Paşinyan deyir ki, sülh sazişini imzalamaqdan başqa yolumuz yoxdur. Bununla ermənilərə demək istəyir ki, nəsə etməyə çalışsaq da, hərbi gücümüz və imkanımız buna yol vermir. Diqqətlə təhlil etsək, görərik ki, heç ermənilərin silah-sursatları da qalmayıb. Deməli, Paşinyan erməni cəmiyyətini inandırmağa çalışır ki, Ermənistanın sülh sazişi bağlamaqdan başqa çarəsi qalmayıb".
Ermənistan Baş naziri sentyabrın əvvəlində qondarma rejimin ildönümü münasibətilə Qarabağdakı separatçıları təbrik etdi. Paşinyan bununla siyasi savadsızlığa yol verdiyini anladı və Azərbaycanın ərazi bütövlüyünü tanımaq haqqında bəyanatını bir daha dəstəklədiyini etiraf etdi. Erməni siyasi ekspertlər hesab edirdi ki, Paşinyan Qarabağda keçirilən qondarma prezident seçkilərini tanıyacaq və yeni "seçilən" adama təbrik ünvanlayacaq. Amma ermənilərin düşündüyünün əksinə olaraq Paşinyan bildirib ki, Qarabağdakı seçkinin nəticəsini tanımır və yeni "seçilən" adam da prezident yox, Qarabağ ermənilərinin lideridir.
Paşinyanın bu addımını şərh edən Elmar Məmmədyarov bildirib ki, Baş nazir ciddi səhvə yol verdiyini anlayıb: "Yəqin ki, böyük siyasi səhvə yol verdiyini başa düşüb. Anlayıb ki, bir daha belə səhvlər etmək onun siyasi kursuna qarşıdır. Bir də belə davranışlar daxili auditoriya üçündür. Ona görə də ayın əvvəlində qondarma rejimi ildönümü münasibətilə təbrik edən Ermənistanın Baş naziri Qarabağdakı "prezident seçkiləri"ni tanımayıb və "seçilən adamı" da Qarabağ ermənilərinin lideri adlandırıb".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 16 sentyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberlər en son xeberler cəbhədən son xəbərlər son xeber 2026