Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu İstanbul Universiteti-Cərrahpaşa ilə əməkdaşlığa başladı

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu İstanbul Universiteti-Cərrahpaşa ilə əməkdaşlığa başladıElmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (ETTOİ) və İstanbul Universiteti-Cərrahpaşa arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandum tərəflər arasında uzunmüddətli qarşılıqlı faydalı elmi əməkdaşlığın dərinləşməsi, tibbi əməkdaşlığın möhkəmləndirilməsini ehtiva edir.
Memorandumun imzalanması mərasimində tibbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, müştərək elmi-praktiki konfransların, simpoziumların, ixtisasartırma kurslarının, təlimlərin birgə təşkili müzakirə olunub. 
Çıxış edən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımov İstanbul Universiteti-Cərrahpaşanın təkcə Türkiyədə deyil, dünyada da tibb sahəsində yeniliklərə nail olduğunu, yüksəkixtisaslı kadr hazırlığına töhfə verdiyini vurğulayıb. E.Qasımov səhiyyənin inkişaf etdirilməsi, institutda tibbi xidmətin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində görülmüş işlərdən danışıb. O, vətəndaşların travmatoloji əməliyyatlarının icbari tibbi sığorta çərçivəsində ödənişsiz icra edildiyini qeyd edib. Elviz Qasımov gələcəkdə tibb işçilərinin təkmilləşdirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirilməsinin, həmçinin birgə elmi tədqiqatların aparılmasının vacibliyindən danışıb.
İstanbul Universiteti-Cərrahpaşanın rektoru professor dr. Nuri Aydın Azərbaycan Türkiyə arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də sıx əməkdaşlığın olduğunu bildirib. Nuri Aydın rəhbərlik etdiyi ali məktəb haqqında, tədris prosesi, həyata keçirilən layihələr barədə məlumat verib, əməkdaşlıq çərçivəsində görüləcək işlərin vacibliyindən danışıb. O, İstanbul Universiteti-Cərrahpaşanın tibb sahəsində bir marka olduğunu vurğulayaraq səhiyyə ilə bağlı Türkiyədə bir sıra yeniliklərə imza atdıqlarını da söyləyib. Nuri Aydın özü də tanınmış bir travmatologiya mütəxəssisi olaraq Azərbaycanın bu sahədə ixtisaslaşmış universiteti ilə uğurlu işlərə imza atacaqlarına inandığını bildirib. Daha sonra birgə görüləcək digər işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Nuri Aydının rəhbərlik etdiyi nümayəndə heyəti İnstitutun binası və görülən işlərlə tanış olub.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu İstanbul Universiteti-Cərrahpaşa ilə əməkdaşlığa başladıElmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu İstanbul Universiteti-Cərrahpaşa ilə əməkdaşlığa başladıElmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu İstanbul Universiteti-Cərrahpaşa ilə əməkdaşlığa başladıElmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu İstanbul Universiteti-Cərrahpaşa ilə əməkdaşlığa başladıElmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu İstanbul Universiteti-Cərrahpaşa ilə əməkdaşlığa başladı

Sosial       Tarix: 27 may 2022
f Paylaş

Oxşar xəbərlər

Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş

Dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, "ICE London" birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin iyul fyuçersləri 0,79% ucuzlaşara

Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA

"Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir". xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub. xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib. Mərhumun nəşi bu gün Azərbaycana gətirilib

Sürücülərin nəzərinə: Sabahdan Bakının bu mərkəzi küçəsi bağlanır

Sabah Bakının Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işlərinə başlanılacaq. Bu barədə -a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məluma

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

"Azərişığ"ın əməkdaşını cərəyan vurub öldürdü

Ağcabədidə "Azərişığ"ın 24 yaşlı əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb. Belə ki, rayonun 2002-ci il təvəllüdl

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadəni


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər cəbhədən son görüntülər metbuat xeberleri beynelxalq bank mezenne