Elnur Allahverdiyev: "Şəffaf fəaliyyət ilk növbədə sahibkarın özünə lazımdır

Elnur Allahverdiyev: "Şəffaf fəaliyyət ilk növbədə sahibkarın özünə lazımdırElnur Allahverdiyev: "Şəffaf fəaliyyət ilk növbədə sahibkarın özünə lazımdır"
"Yeni növ koronavirus pandemiyasının iqtisadiyyata vurduğu zərərin aradan qaldırılması üçün dövlətin özəl sektora dəstəyi bu sfera təmsilçilərinə fəaliyyətlərinə yenidən baxmaq, dəyişikliklər etmək və biznes prosesini maksimum şəkildə qanuni müstəviyə keçirmək üçün yaxşı imkanlar yaradır. Hər bir böhran həm də yeni fürsətdir. Postpandemiya mərhələsinə qədəm qoyduğumuz dövrdə milli sahibkarlarımız dövlətin yaratdığı bu şəraitdən bacardıqca yararlanmalıdırlar".
Bu sözləri Qafqazinfo-ya pandemiya dövründən sonrakı iqtisadi münasibətləri şərh edərkən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.
Millət vəkilinin sözlərinə görə, tətbiq olunan sərt karantin rejimində şəffaf iqtisadiyyatın vacibliyi bütün qabarıqlığı ilə özünü büruzə verdi:
"Xatırlayırsınızsa, hökumətin elan etdiyi dəstək proqramlarında sahibkarlıq subyektinin öz işçiləri ilə və dövlətlə münasibətlərinin şəffaflığı və qanuniliyi başlıca tələb olaraq irəli sürülmüşdü. Prinsipcə, başqa cür ola da bilməzdi. Əgər sən dövlətdən gəlirini gizlədirsənsə, yaxud işçini müqaviləsiz işlədirsənsə, dövlət sənə necə və hansı əsaslarla yardım edə bilər?"
E.Allahverdiyev hesab edir ki, hökumət xeyli müddətdir özəl sektoru fəaliyyətini ağartmağa dəvət edir və bu dövr sahibkarların biznes proseslərini qanuni müstəviyə keçirmələri üçün kifayət idi. Buna baxmayaraq, pandemiya nəticəsində meydana çıxmış sıxıntılar göstərdi ki, heç də hamı bu tələb və dəvətə riayət etməyib.
"Belə bir faktı xatırlayaq. Özəl sektorun fəaliyyətinin şəffaflaşdırılması nəticəsində tək bu ilin ilk rübünün göstəricilərinə əsasən, dövlət büdcəsinə plandan artıq olaraq 200 milyon manatadək əlavə vəsait daxil olub. Əgər biz qeyri-neft sektorunun inkişafından danışırıqsa, büdcənin gəlirlərinin strukturunda qeyri-neft sektorunun üstün olmasını istəyiriksə, büdcəmizin enerji daşıyıcılarının ixracından asılılığını minimuma endirməyə çalışırıqsa, anlamalıyıq ki, iqtisadiyyatın bütün sahələrində ilkin vəzifəmiz qanuniliyə və şəffaflığa riayət etmək olmalıdır", - deyə E.Allahverdiyev vurğulayıb.
Milli Məclisin deputatı sahibkarları pandemiya dövründə Prezident İlham Əliyevin iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirələrdə səsləndirdiyi tələblərə diqqət yetirməyi tövsiyə edir. "Kölgə iqtisadiyyatı"nın aradan qaldırılması, iqtisadiyyatın şəffaflaşdırılması, qeyri-formal məşğulluqla mübarizə, əmək müqavilələrinin bağlanması kimi mühüm məsələlər aprelin 17-də Prezident İlham Əliyevin İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri ilə videobağlantı formatında keçirdiyi iclasda xüsusilə səsləndirilib.
"Cənab Prezident bildirdi ki, bu tələblərə cavab verməyənlərə, hansısa yollarla qanuni münasibətlərdən yan keçməyə cəhd edənlərə, işində şəffaflıqdan qaçanlara qarşı sərt tədbirlər görüləcək və heç kimə heç bir güzəşt edilməyəcək. Çünki dövlət belə subyektlərə xeyli müddətdir fəaliyyətlərini qanuni əsasda qurmağa vaxt verib. Pandemiya dövrü isə göstərdi ki, şəffaf iqtisadiyyat dövlətlə bərabər həmin özəl sektor təmsilçilərinə də lazımdır ki, çətin vəziyyətə düşəndə onlara ediləcək yardımdan yararlana bilsinlər. Biz anlamalıyıq ki, "kölgə iqtisadiyyatı"na son verməklə dövlətə kömək etmiş oluruq. Dövlət varlandıqca, vətəndaşın da rifah halı yüksəlir. Gəlirlə işləyən özəl sektor isə sosial durumu yüksək olan vətəndaş deməkdir. İqtisadiyyatın şəffaflaşdırılması postpandemiya dövrünün əsas trendi olmalıdır", - deyə millət vəkili bildirib. /oxu.az

Sosial       Tarix: 13 may 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xeberler gunun xeberleri cəbhədən ən son xəbərlər en son xəbərlər bugün