Elnur Məmmədov: 'Ermənistan azərbaycanlılara qarşı törədilmiş cinayətləri araşdırmaq çağırışlarına məhəl qoymur
Ermənistanın irqi ayrı-seçkiliyə görə Azərbaycana qarşı müvəqqəti tədbirlər görməsi tələbi BMT Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməlidir.
Azxeber.com TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin dinləmələrində bildirib.
Elnur Məmmədov erməni tərəfinin arqumentlərini qeyri-dəqiq adlandırıb.
"Prezident İlham Əliyev Azərbaycanın bərabərlik, müxtəliflik və insan ləyaqətinə hörmət kimi əsas dəyərlərə sadiqliyini dəfələrlə təsdiqləyib", - Azərbaycan xarici işlər nazirnin müavini qeyd edib.
Diplomat, eyni zamanda Ermənistanı monoetnik dövlət olaraq millətçi ideologiyanı dəstəkləməkdə günahlandırıb.
Təmsilçinin sözlərinə görə, Ermənistan azərbaycanlılara qarşı törədilmiş cinayətləri araşdırmaq çağırışlarına məhəl qoymur.
Qeyd edək ki, Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycan arasında "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı məhkəmə prosesi çərçivəsində 18-19 oktyabr tarixlərində dinləmələr təyin edib.
Azərbaycan tərəfi bəyan edir ki, son 10 ay ərzində tərəflərin razılığa gəlmək cəhdləri çıxılmaz vəziyyət yaradıb. Bu səbəbdən də Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsindən "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etməyi, ölkəyə və xalqa dəymiş ziyanı ödəməyi xahiş edir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı