Elşad Hacıyev Səməd Səmədovdan danışdı: "Sağlamlığına biganə yanaşırdı

Elşad Hacıyev Səməd Səmədovdan danışdı: İyulun 1-də polisin yoxlama apardığı paytaxt restoranlarının birində dünyasını dəyişmiş Xalq artisti Səməd Səmədov iştirak edib.
Bunu ARB 24 telekanalının efirində Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, o zaman mərhum Xalq artisti polisin işinə yardımçı olub:
"O, bizə dəstək oldu və COVİD-19-la bağlı ictimaiyyətə elan verdi. Lakin onun bu gün həyatını itirməsi koronavirusla əlaqədardır. O, sağlamlığına biganə yanaşırdı. Özündən başqa digər qohumları da COVİD-19 səbəbindən dünyasını dəyişib. Bu, artıq cəmiyyət üçün bir çağırış olmalıdır".
E.Hacıyev həmçinin qeyd edib ki, toy və digər kütləvi məclislərdə karantin davranış qaydaları kobud şəkildə pozulur:
"Ev şəraitində keçirilən 50 nəfərədək olan məclislərdə yenə də sosial məsafənin gözlənilməməsi və tibbi maskadan istifadə olunmaması hallarına rast gəlinir. Bununla yanaşı, ictimai nəqliyyatda və əhalinin çox olduğu yerlərdə də sosial məsafənin gözlənilməməsi və qaydalara əməl olunmaması qeydə alınır.
Qaydalar cəmiyyətin sağlamlığına yönələn tədbirlərdir. Heç bir halda hökumət maraqlı deyil ki, vətəndaşın şad gününə hansısa inzibati formada müdaxilə etsin. Bu gün yoluxma rəqəmlərinə insanlar etinasız yanaşmamalıdır. Bakıdan, Mingəçevirdən, Şəkidən, Şirvandan, Göyçaydan peyvənd pasportu olmadığı üçün toya buraxılmayan vətəndaşlarımızın görüntülərini yaydıq. Əgər orada nəzarət və yoxlama tədbiri olmasaydı həmin şəxslər məclisdə iştirak edəcəkdi və bu da yoluxmanın kəskin artmasına səbəb olacaqdı. Təsadüfi deyil ki, biz toyda aktiv COVİD xəstəsi də saxladıq".

Sosial       Tarix: 27 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


azerbaycan xeberleri son xeberler yeni xeberler meherremlik 2026 maliyye xeberler bugun xabar az azerbaycan son xeber bugun