Elşad Hacıyev: "Toy məclislərinin keçirilməsinə dair anonim zənglər daxil olur

Elşad Hacıyev: "Toy məclislərinin keçirilməsinə dair anonim zənglər daxil olurElşad Hacıyev: "Toy məclislərinin keçirilməsinə dair anonim zənglər daxil olur"
"Pandemiya şəraitində qadağa və normaların həyata keçirilməsi üçün tələb odur ki, hər bir vətəndaş özünü qorumalıdır. Dövlət karantin qaydalarında yumşalmalara getdi. Nəticədə insanların sui-istifadə halları müşahidə edildi".
Bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında "karantin qaydalarını pozan toy mərasimləri necə aşkarlanır" sualına cavab verərkən deyib.
O bildirib ki, vətəndaş, sahibkarlıq subyektinin rəhbəri dövlətin güzəştindən öz şəxsi maraqları üçün istifadə etməyə başladı:
"Restoranlar, ictimai iaşə obyektləri açıldıqdan sonra yoluxmalar artdı və bu özünü statistikalarda da göstərdi".
E.Hacıyev onu da əlavə edib ki, karantin qaydalarını pozaraq toy mərasimi keçirənlərlə bağlı qaynar xəttə anonim zənglər daxil olur:
"Anonim zənglərlə yanaşı, sosial şəbəkələrdə də çoxsaylı paylaşımlar olur. Bu paylaşımlar araşdırılır və əksər hallarda da öz təsdiqini tapır. Burada bizim məqsədimiz hansısa formada vətəndaşı cəzalandırıb inzibati məsuliyyətə cəlb etmək deyil. Nazirlər Kabinetinin operativ qərargahının təyin etdiyi qərarda Daxili İşlər Nazirliyinin üzərinə hansı vəzifələr düşürsə, biz onu təmin edirik.
Toy məclisi keçirənlər aşkarlandıqda araşdırma zamanı məlum olur ki, məclisdə aktiv koronavirus xəstəsi var. Ən təhlükəlisi insanın özünün bundan məlumatlı olmasıdır. İndi bu vəziyyətin ağırlığına baxın: Bəziləri aktiv koronavirus xəstələrinə nəzarət məqsədilə tətbiq edilən proqramda yaşayış yerini tərk etmədiyi kimi görünmək üçün telefonunu evdə qoyur. O məclisdə musiqiçilərin, xidmət personalının arasında aktiv koronavirus xəstələrinin aşkarlanması dövlətin yaratdığı imkanlardan sui-istifadədir".
"Tibbi maskalardan istifadə isə təəssüf ki, görüntü məqsədi daşıyır. Yuxarı tənəffüs yolları bağlanmır, tibbi maskalar təyinatına uyğun istifadə edilmir", - deyə E.Hacıyev qeyd edib.
Könül Cəfərli /oxu.az

Sosial       Tarix: 13 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər havanın temperaturu meherremlik 2026 son xabar