Əməkdar artist: 'Dedim ki, sənətimə həsəd aparırsansa, pul qazanan ərini mənə ver, qarmonu verim sənə

Əməkdar artist: 'Dedim ki, sənətimə həsəd aparırsansa, pul qazanan ərini mənə ver, qarmonu verim sənə"Anam gənclik illərimdə məni verilişlərə, studiyalara, atam isə əlimdən tutub məni el şənliklərinə, toylara aparırdı. Gözündən qoymurdu ki, birdən balama xətər toxunar, çünki bizim sənətimiz çətin idi. Sovetski məhəlləsində böyümüşəm. Atamız bizə icazə verməyib ki, gedib veyil-veyil küçələri gəzək. Biz bazar-dükan bilməmişik. Atam qarışqa kimi daşıyıb, gətirib. İndi mən atamın rolunu oynayıram".
azxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.
"Mən möhkəm qadınam, həyat məni bərkidib. Amma həssas, kövrək qəlbim var. Qarmonu toydan-toya, efirdən-efirə əlimə götürürəm. Yalandan deyim ki, evdə məşq edirəm, yalan olar. O vaxt Brilliant Dadaşovanın anası Qızxanım Dadaşova məni toylara göndərirdi. Gündüz paltar kəsdilərə mən gedirdim, axşam da o gəlirdi. Ona baxa-baxa sənəti öyrənirdim. Sənəti oxumaqla, təhsil almaqla öyrənmirlər. Adam var ki, oxuyur, amma ortalıqda bir şey yoxdur. Amma kaş ki təhsil alardım. Toylar imkan vermədi təhsil almağa. Bəzən öz-özümə deyirəm ki, "Gövhər, bəsdir ifa etdin, sən yorulmursan?". Sonra özüm də cavab verirəm ki, "Mənim çörək gətirənim axı yoxdur, çörəyim bundan çıxır". Qarmonu atsam mənə kim baxar?! Allah çox verib azdırmasın, az verib möhtac etməsin! Bir qaydada getmək istəyirəm. Bir adam mənə illər əvvəl dedi ki, "Qarmonuna o qədər həsəd aparanlar var ki". Ona dedim ki, həsəd aparırsansa, pul qazanan ərini mənə ver, qarmonu sənə bağışlayım (gülür). Sən axı gecə yuxusuz qalmamısan, kürəyini ayaz aparmayıb, tər tökməmisən. Mən bir çox ərli qadınlardan da xoşbəxtəm. Onlar ərlərinin əlinə baxırlar, mənə isə Allah ruzi verir", - deyə qarmon ifaçısı bildirib.
Əməkdar artist Gövhər Rzayeva bu gün təşkil olunan xınayaxdı mərasimlərindən də danışıb.
"İndi xınayaxdı mərasimlərini də çox ucuzlaşdırıblar. O qədər artıq şeylər əlavə ediblər ki, heç biri də lazım deyil. Vallah, artıq xərcdir. Əvvəl xınayaxdılar gündüz saat 12-dən başlayardı, 3-ə, 4-ə qədər bitərdi. O vaxt musiqiçinin adına qazan asılardı, xüsusi yerlər hazırlanardı. İndi musiqiçinin üzünə baxan yoxdur. Gözlər ancaq müğənniləri axtarır. Bilmirəm nə görüblər bu müğənnilərdə?! O vaxt səs gücləndiricilər yox idi, indi adam bu səs-küydən yorulur. Handa bir adam güc-bəla ilə oynayardı, indi hamısı bir-birinə qarışıb. İndi musiqiyə qulaq asmırlar. Bir lirik ifa edən kimi, deyirlər ki, "Bəsdir daha, bir oyun havası ifa et, oynayaq". Qəşəng şabaş var idi, səhərə kimi pul sayardıq", - deyə Əməkdar artist bildirib.

Şou Biznes       Tarix: 18 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


son xeberler yeni xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun hava haqqinda enson xeberler sonxeberler