Dövlətə ərzaq satışı: Təkliflərin qəbuluna başlanıldı
Bu gündən başlayaraq sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalan təşkilatların 2026-cı il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.
KONKRET.azxəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, elektron portal vasitəsilə ərzaq məhsullarını satmaqda maraqlı olan istehsalçılar, fermerlər və satıcılar sistemə "ASAN LOGIN" üzərindən "ASAN İmza" vasitəsilə daxil ola bilərlər. "ASAN İmza" yalnız VÖEN hesabına bağlı olduğu halda keçərlidir.
Bundan əlavə istehsalçılar, fermerlər və satıcılar növbəti il üçün nazirliyə məxsus Aqrar Tədarük və Təchizat ASC-nin portala daxil etdiyi elana uyğun olaraq bir və yaxud bir neçə adda məhsula dair təkliflərini cari ilin 1 avqust – 1 sentyabr tarixləri arasında sistemə yükləyə bilərlər. Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka buraxılmayacaqlar. Təkliflərin yerləşdirilməsi tamamilə ödənişsizdir.
Tedaruk.az elektron portalı dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir.

Mixalkov Azərbaycana qarşı: Qusmanı "beşinci kolon" elan etdi
Şəhid atası vəfat etdi - Fotolar
Ukrayna müharibənin başlanğıcından bəri ən güclü mövqeyindədir
İlham Əliyev Maldiv prezidentinə məktub ünvanladı
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
"Çirkin"in aktyoru nişanlandı - Foto
Aİ Azərbaycan bankına qarşı sanksiyaları ləğv etdi
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
Türkiyədə hakim partiyanın yerli təşkilat rəhbəri qohumları ilə birlikdə güllələnərək öldürülüb
Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO
7 nəfərin xəsarət aldığı festival: Təşkilatçı hansı şirkətdir?
İsveç MI6 modelinə bənzər yeni xarici kəşfiyyat xidməti yaradacaq
Ağstafada ağır qəza: Ölən və xəsarət alan var
Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək
Cəlilabadda ev tamamilə yandı