Əməkdar artist media nümayəndələri ilə görüşdü - FOTO

Əməkdar artist media nümayəndələri ilə görüşdü - FOTOƏməkdar artist Dilarə Əliyeva media nümayəndələri ilə görüş keçirib.
azxeber.com xəbər verir ki, atrisa oktyabrın 26-sı ölkənin əsas səhnəsi Heydər Əliyev Sarayında "Mintonasiya" adlı stand-up konserti ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Sənətçi stand-up şounun adının izahını bu sözlərlə nəql edib:
"Konsertimin ssenarisi, ideyası Fariz Əliyevə məxsusdur. "Mintonasiya" adının təklifi ondan gəldi. İllərdir bu konsertin planını qururduq, amma gerçəkləşdirə bilmirdik. Fariz də maraqlı adlar təklif etdi, ən ürəyimcə olanı bu idi. Mən söz adamıyam. Stand-up-ı o adam gerçəkləşdirə bilər ki, onlar Allahdan komediyaçı doğulublar. Onlar hazırcavablıq nümayiş etdirə bilir. Sözün deyilişində intonasiya çox önəmlidir. İntonasiya ilə dost da, düşmən də qazana bilərsən. Hər şey sözün deyiliş formasından yəni intonasiyadan aslıdır".
Dilarə stand-up şousunda danışacağı mövzulardan söz açıb:
"Tamaşaçılar bolluca gülüş gözləsinlər. Burada gözlənilməz və ya gözlənilən mövzular da ola bilər. Bu dəfə şou-biznesdən bəhs etməyəcəyik. Şou-biznesdən çox danışmışıq, dedik, bu dəfə dincəlsinlər. Bir dəfə şou-biznesdən danışdım, zənglər gəldi. Bizim kimi insanlar səhnədə güzgü effekti ilə çıxış edir. Nəsə deyəndə mənə yox, özünə baxmalısan. Kiminsə nəsə xoşuna gəlmirsə, problemi özündə axtarsın. Konsertimdə kişi-qadın mövzusuna toxunacağıq. Hər zaman kişilər danışır, bu dəfə isə qadın danışacaq. Qadınların iç səsi olaraq, əlimə düşən mikrofonla sözlər deyəcəyəm. Hamını həm güldürəcəyəm, həm də düşündürəcəyəm".
"Məşhurlar sizdən konsertinizə pulsuz bilet istəyiblər?" sualına D.Əliyeva belə cavab verib:
"Bəli, şəxsən məndən bilet istəyən oldu. Cavab verdim ki, dəvətnamə qarışıq bilet satışdadır. Elə Xalq artisti Faiq Ağayev verilişimdə dedi ki, xeyir ola sənə konsertlərimə bilet göndərirəm? Yaxşı ki, 26-da onun toyu var. Fariz, səndən xahiş edirəm Faiqə bilet göndərərsən (gülür – red.)".
Sənətçi həyəcanlı olmasını da gizlətməyib:
"Çox çətindir, həyəcanlıyam. Bura qədər böyük və illərlə yol gəlmişəm. Gecə və gündüz üzərimdə işləyirəm. Səhər saat 5-dən durub bu haqda düşünürəm. Siz baxanda o əziyyəti görməyəcəksiniz. Çünki mən orada monoloqlarımı sizə böyük keyiflə təqdim edəcəyəm. Ora gələnə qədər çox ağlamışam. Məqsəd güldürərək və duyğulandıraraq düşündürməkdir. İnsanların qəlbinə toxunmasan lağ-lağıdan başqa bir şey olmur. Sözün dillərə, özün isə ürəklərə düşə bilmirsən. Güldürmək çox çətindir. Komediya o qədər ciddi janrdır ki, mən deyəndən sonra özünüz buna diqqət edərsiniz".
Əməkdar artist bildirib ki, konserti ad günü ərəfəsində etməyinin ideası da Fariz Əliyeva məxsusdur:
"Biz fikirləşdik ki, konserti nə zaman edək. Fariz isə dedi ki, ən yaxşısı sənin ad günündə edək. Əslində, mənim ad günüm oktyabrın 27-dir. Vikipediyada isə oktyabrın 25-i yazılıb. Soruşacaqsınız ki, bəs niyə 27-sində eləmədiniz? Cavab verim ki, sadəcə Heydər Əliyev Sarayında o gün tədbir var idi".
Aysel
Əməkdar artist media nümayəndələri ilə görüşdü - FOTO

Şou Biznes       Tarix: 25 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeber krimnal xeber xeber.az son xeberler son xeberler bu gun