Əməkdar həkim çimərlikdə əməl edilməli olan 6 qaydanı AÇIQLADI

Əməkdar həkim çimərlikdə əməl edilməli olan 6 qaydanı AÇIQLADIDənizdə üzmək sağlamlıq üçün çox faydalıdır, immunitet sistemini gücləndirir və istidən təsirlənməyə qoymur.
Ancaq üzməyin fayda gətirməsi və zərər verməməsi üçün bir neçə qaydaya əməl etmək lazımdır.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyasının əməkdar həkimi Viktor Şeyn çimərliklərdə əməl edilməli olan 6 qaydanı açıqlayıb.
"Birincisi, suyu udmamalısınız, çünki tərkibində bədənə daxil olarsa, xəstəliyə səbəb ola biləcək bakteriyalar var.
Əgər uşaqlarla üzürsünüzsə, yaxınlığında drenaj boruları, poliqonlar və ya müəssisələr olmayan yerləri seçin.
İkincisi, tez-tez suya tullanmamalısınız, çünki bu qulaqda şiddətli ağrıya və ya sinüzit ilə müşayiət olunan orta qulaq iltihabına gətirib çıxara bilər". – deyə həkim bidlirib.
O, üçüncü qaydanı isə belə izah edib:
"Su quşlarının çox olduğu yerdə üzmək pis fikirdir. Bu halda, suda onların parazitlərinin sürfələri ola bilər. Bunlar xüsusən də dəri vasitəsilə bədənə nüfuz edə bilərlər. Bu da "üzgüçü qaşınması" kimi müalicəsi çətin olan bir problemə səbəb olacaq".
Həkim "Üzmək qadağandır" yazılan işarələrə də məhəl qoymağı məsləhət görüb:
"Çünki belə yerlərdə suyun dibində şüşə və metal parçalar ola bilər. Əlavə olaraq bağırsaq infeksiyasına yoluxma riski var".
Onun sözlərinə görə, digər vacib qayda budur ki, yeməkdən dərhal sonra üzmək olmaz:
"Bu zaman kramp və ya qusma baş verə bilər. Yeməkdən 1,5-2 saat sonra suya girmək daha yaxşıdır".
Həkim qeyd edib ki, özünü quma basdırmaq faydalı deyil.
"Qum isti olsa belə, steril deyil. Nəticədə, göbələk də daxil olmaqla, bir sıra dəri xəstəliklərinə tutula bilərsiniz. Yaş və isti qum mikroorqanizmlərin inkişafı üçün əlverişli yerdir. Qumda dəriyə nüfuz edə bilən təhlükəli parazitlər ola bilər. Həmçinin qumda şüşə kimi iti cisimlərin olması ehtimalı da yüksəkdir", – deyə həkim vurğulayıb./Medicina.az

Sağlamlıq       Tarix: 22 iyul 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bu gun axsam.az xeberler beynelxalq bank mezenne ən son xəbərlər bugün