Emin Hacıyev: "İslahatların hakimiyyətin bütün qanadlarına qədər şaxələnməsi onu dönməz və effektiv edəcək

Emin Hacıyev: "İslahatların hakimiyyətin bütün qanadlarına qədər şaxələnməsi onu dönməz və effektiv edəcəkEmin Hacıyev: "İslahatların hakimiyyətin bütün qanadlarına qədər şaxələnməsi onu dönməz və effektiv edəcək"
 43 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Emin Hacıyevin müsahibəsini təqdim edirik. 
- Emin müəllim, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial iqtisadi, eləcə də, digər sahələrdə mühüm islahatlar həyata keçirilir. Bu baxımdan, qanunvericilik sferasında da islahatların aparılması ölkəmizin inkişafına hansı töhfələr verəcək?
- Bəli, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Bu inkişafın əsasında cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən, elmi-konseptual əsasları olan, düşünülmüş, məqsədyönlü siyasət dayanır.
2019-cu il ölkəmizin inkişafı baxımından xüsusilə əhəmiyyətli il oldu. Ötən il inqilabi islahatlar ili kimi yadda qalacaq. İlin əvvəlindən etibarən dövlət başçısı çoxspektrli islahatlara start vermişdi və bu islahatlar kursuna qanunverici orqanın da öz funksiyaları çərçivəsində dəstək verməsi labüd görünürdü. Əlbəttə ki, parlamentin buraxılması təşəbbüsü ümumi islahatlar dalğasının məntiqi davamı kimi xarakterizə edilə bilər. Bu baxımdan hesab edirəm ki, islahatların hakimiyyətin bütün qanadlarına qədər şaxələnməsi islahatları dönməz və effektiv edəcək. İstər dövlətin, istərsə də cəmiyyətin ali qanunverici orqandan gözləntiləri dəyişib. Möhtərəm Prezident İlham Əliyev də Davosdakı çıxışında parlament seçkilərinin islahatların vacib hissəsi olduğunu vurğulayıb: "Yaxın aylarda əhaliyə etimad etdikləri şəxsləri seçmək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra isə parlament islahatların vacib hissəsi olacaq".
Əlbəttə ki, bu proseslərdə partiyamızın Sədr müavini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini də xüsusilə qeyd etmək lazımdır. Ölkədə idarəetmə sahəsində aparılan islahatlar həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm də dövlətimizin daha da gücləndirilməsinə hədəflənib. Bu gün dövlət strukturlarında, təhsil, səhiyyə və ölkə həyatının bir çox sahələrində gənc kadrlar aparıcı mövqe tuturlar. Gözümüzün önündə olan bütün bu proseslər – gənclərin  məşğulluğunun təmin olunması, hərbi-vətənpərvərlik, asudə vaxtlarının səmərəli təmin edilməsi və digər addımlar - Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin davamıdır və bu, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir.
- Emin müəllim, fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak edirsiniz. Milli Məclisin deputatı statusu sizin üçün hansı məna daşıyır?
- Namizədliyimin irəli sürülməsi artıq partiyamızın, onun rəhbərliyinin mənə göstərdiyi böyük etimaddır. İndi bizim üzərimizə düşən bu etimadı doğrultmaqdır. Əgər seçicilərimiz səs verərək məni Milli Məclisdə görmək istəsələr, o zaman bu, qarşımda yeni tələblər müəyyən edəcək. "Millət vəkili" – sözün özü kifayət qədər ciddi məsuliyyət yaradır. Bu status xalqın səsini çatdırmaqdır, xalqın içində olmaqdır, hökumətlə xalq arasında etibarlı körpü rolunda çıxış etməkdir, dövlətinin maraqlarını bütün müstəvilərdə qorumaqdır, Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır və s.
- Milli Məclisin deputatı seçildiyi ərazini parlamentdə təmsil edir və qanunvericilik məsələləri ilə məşğul olur. Eyni zamanda, deputatlar dövlətimizi beynəlxalq miqyasda da təmsil etməyi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını da başlıca vəzifələrdən biri hesab edir. Bu istiqamətdə nə kimi planlarınız var?
- Çox vacib məsələyə toxunursunuz. Bəli, bu gün Azərbaycanın üzləşdiyi reallıqlar fonunda gerçəklərimizin dünya ictimaiyyətinə çatdırılması olduqca taleyüklü məsələdir. Bir tərəfdən Azərbaycan beynəlxalq siyasi münasibətlər müstəvisində mühüm aktora çevrilir, ölkəmizin reputasiyası, siyasi və iqtisadi təsir imkanları genişlənir, digər bir tərəfdən isə erməni yalanları erməni lobbisinin gücü ilə dünyaya yayılır, hələ də ikili standartlar həqiqətləri əzir, beynəlxalq hüquq normaları tapdalanır. Belə halda, bizim üzərimizə düşən daha səylə çalışmaq, dövlətimizin apardığı siyasətə öz imkanlarımız, kommunikasiya kanallarımız vasitəsilə maksimum dəstək verməkdir.
 Platformamızda da bu istiqamət öz əksini tapır. Uzun illər təhsil aldığım və çalışdığım Rusiyada bu dövr ərzində əlimizdən gələni etməyə çalışmışıq. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması daim fəaliyyətimizin prioritetləri sırasında olub. Bundan sonrakı fəaliyyətimizdə də istər Azərbaycan həqiqətlərinin, istərsə də bunun bir hissəsi olan Sumqayıt hadisələrinin əsl mahiyyətinin – bildiyiniz kimi, bu, əslində ermənilərin özlərinin təşkil etdiyi bir təxribat idi - bütün bunların əsl gerçəkliklərinin nədən ibarət olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün səylə işləyəcəyik.
- Emin müəllim, Yeni Azərbaycan Partiyası tərəfindən 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədliyiniz irəli sürülüb. Seçicilərlə görüşlərdən təəssüratlarınız necədir? İnsanlar partiyamızın seçki proqramını necə qarşılayırlar?
- Mən Sumqayıtda doğulmuşam, burada təhsil almışam, valideynlərim həkimdirlər,  burada yaşayıb və uzun illər şəhərin tibb müəssisələrində çalışıblar. Sumqayıtın hər yeri mənim üçün əzizdir, hər bir sumqayıtlı mənim üçün doğmadır. Görüşlərdə seçicilərimdən aldığım enerji odur ki, onlar da məni öz övladları, qardaşları, dostları kimi qəbul edirlər. Bu, mənə və komandamıza ruh verir, bizi daha artıq entuziazmla təşviqat aparmağa, daha həvəslə görüşlərdə iştiraka aparır.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının namizədi olmaq isə, obrazlı ifadə etsək, "1-0" öndə başlamaq deməkdir. Məlumdur ki, YAP-ın cəmiyyətdə yüksək nüfuzu, xalq dəstəyi var. Bu dəstəyin arxasında isə şübhəsiz ki, partiya rəhbərinin, cənab İlham Əliyevin Azərbaycanın inkişafı üçün həyata keçirdiyi siyasət və onun nəticələri dayanır. Beləliklə, bu iki amil – doğma sumqayıtlıların dəstəyi, doğma şəhərimdən namizdəliyimin irəli sürülməsi və nüfuzlu partiya tərəfindən bu namizdəliyin dəstəklənməsi, hesab edirəm ki, şanslarımızı böyük miqyasda artırır.
- Ölkəmizin sosial-iqtisadi inkişaf meyilləri fonunda Sumqayıtın inkişaf göstəricilərini necə qiymətləndirmək olar?
- Bəli, Azərbaycan bu gün dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında ilk yerlərdə dayanır. Son 16 ilin iqtisadi göstəriciləri Azərbaycan iqtisadiyyatının hansı miqyasda, hansı templərlə inkişaf etdiyini aydın ifadə edir. İqtisadiyyata yönəldilmiş investisiyaların adambaşına düşən miqdarı və artım sürətinə görə Azərbaycan MDB məkanında ilk yerdədir. Son 16 ildə Azərbaycan iqtisadiyyatına 260 milyard dollar investisiya qoyulub. Bunun təqribən yarısı xarici sərmayələrdir. Bu, nəyin göstəricisidir? Ölkədəki sabitliyin, yaxşı investisiya mühitinin, ölkəmizin imicinin və rentabelli biznes üçün potensialın mövcudluğunun.
Təkcə 2003-2018-ci illər ərzində Sumqayıtda 67000-i daimi olmaqla, 84000 yeni iş yeri yaradılıb; orta aylıq əmək haqqı 2003-ci illə müqayisədə 2018-ci ildə 6,1 dəfə artıb.
Son illər ərzində yeni istehsal sahəsinin yaradılması nəticəsində ümumi daxili məhsul istehsalının həcmi 2,5 dəfə, sənaye məhsulu istehsalı isə 3 dəfə artıb.
İqtisadiyyatın diversifikasiyası özünü regionların sosial-iqtisadi inkişafında da göstərir. Bu mənada Sumqayıt parlaq nümunədir. /oxu.az

Siyasi       Tarix: 05 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Pekin Trampın ittihamlarını rədd etdi: ABŞ-a ÇAĞIRIŞ

Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Pekinin ABŞ seçkilərinə müdaxilə etdiyi barədə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edib. xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jia

Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul olunub. xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Mikayıl Cabbaro

"Euronews" İlham Əliyevin Almaniyaya səfərindən yazdı

Azərbaycan və Almaniya enerji, nəqliyyat və ticarət sahələrini əhatə edən strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar, eyni zamanda, Kansler Fridrix Merts Moskvadan asılılığı azaltmaq üçün gələn ilə qədər illik 2 milyar

"Dost Almaniya xalqına..." - İlham Əliyevin xatirə kitabına yazdıqları

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevin "Villa Borsig" iqamətgahında Fəxri qonaqlar kitabına yazdığı ürək sözlərini paylaşıb. səfər çərçivəsində dövlət başçısının xatirə kitabında qey

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalandı

Azərbaycan Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Məsləhətləşmələ

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. xəbər verir ki, görüşdə Azərbaycan və alman iş adamlarının, həmçinin şirkətlərinin birg

İlham Əliyev Almaniyaya səfər edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri nəzərdə tutulur. xəbər verir ki, planlaşdırılan bu səfər təkcə iki ölkə arasında növbəti diplomatik təmas deyil, dəyişən qlobal geosiyasi reallıqla

Haaretz: İsrail "erməni soyqırımı"nın tanınması ilə bağlı səsverməni buna görə təxirə salıb

İsrail hökumətinin ötən ay təsdiqlədiyi "erməni soyqırımı"nın tanınması ilə bağlı qərar Knessetin səsverməsinə çıxarılmayıb. . bildirir ki, Haaretz qəzetinin məlumatına görə, buna Azərbaycan tərəfi ilə aparıla

Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olundu - FOTO 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Nyu-Yorka səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. xəbər verir ki, Polşa nümayəndə heyətinin rəhbəri, İnkişaf Fondları və Regional Siyasət Nazirliyini


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler sonxeberler xeber.az son xeberler xeberler azerbaycan