Emin Hacıyev: "Regionların inkişafı Şamaxının timsalında yeni mərhələyə keçir

Emin Hacıyev: "Regionların inkişafı Şamaxının timsalında yeni mərhələyə keçirEmin Hacıyev: "Regionların inkişafı Şamaxının timsalında yeni mərhələyə keçir"
"Pandemiyanın yaratdığı mürəkkəb şəraitə, iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan sosial əhəmiyyətli layihələri fasiləsiz olaraq davam etdirir. Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri bir daha göstərdi ki, müəyyən olunmuş prioritetlər hətta fors-major şəraitdə də dəyişməz olaraq qalır".
Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Emin Hacıyev deyib.
Deputat qeyd edib ki, sosial layihələrin heç bir halda təxirə salınmayacağı ilə bağlı dövlət başçısının müəyyən etdiyi prinsipial yanaşma Azərbaycan dövlətinin siyasətinin, bu fəaliyyətin mərkəzində vətəndaşın dayanmasının ifadəsidir:
"Azərbaycan Prezidentinin regionlara hər bir səfəri həmin bölgədə yeni inkişaf mərhələsini şərtləndirir. Qeyri-neft sektorunun inkişafı kənd təsərrüfatından və qeyri-neft sənayesindən çox asılıdır. Bu mənada regionların üzərinə böyük yük düşür. Bölgələrdə açılan müəssisələr, sahibkarların kənd təsərrüfatına marağını artıran stimullaşdırıcı addımlar ÜDM-də regionların payını artırır. Dövlət tərəfindən regionların inkişafı ilə bağlı həyata keçirilən ardıcıl siyasət bölgələrlə paytaxt arasındakı fərqi tamamilə aradan qaldırmaqdadır.
Son 17 il ərzində regionların inkişafı ilə bağlı uğurla həyata keçirilən üç dövlət proqramı nəticəsində bölgələrimizdə 3 500-dən çox məktəb, 700-dən artıq tibb ocağı tikilib, 16 min kilometr yerli və beynəlxalq əhəmiyyətli avtomobil yolu çəkilib.
30-dan çox elektrik stansiyası istifadəyə verilib və bütün elektrik təsərrüfatı yenidən qurulub. Ölkədə qazlaşdırma təxminən 100 faizə yaxındır. 50-ə yaxın Olimpiya İdman Mərkəzi, Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər istifadəyə verilib.
Bu, işlərin yalnız bir hissəsidir. Nəticədə, bölgələrin siması tamamilə dəyişib və olduqca mühüm prioritetin həllinə nail olunub. Birincisi, bölgələrdə iş yerləri artıb. İkincisi, kənd və şəhərlərimiz arasında fərq əsas etibarilə ortadan qalxıb".
E.Hacıyev qeyd edib ki, ölkədə həyata keçirilən struktur-institusional və kadr islahatları, o cümlədən, biznes mühitinin liberallaşdırılması ilə bağlı atılan addımlar regionların inkişafına da ciddi təsir göstərir:
"Doing Business" hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib. Bu, aparılan islahatlara beynəlxalq təşkilatın münasibəti olmaqla yanaşı, xarici investorların diqqətinin ölkəmizə yönəldilməsi baxımından da əhəmiyyətlidir. Müstəqillik dövrü ərzində, 2015-ci ilədək Azərbaycana 206 milyard dollar həcmində investisiya qoyulub, 2019-cu ildə bu 270 milyon dollar həcminədək yüksəlib. 5 ilə 64 milyard manat sərmayə olduqca böyük rəqəmdir. Xarici sərmayə isə təbii ki, ölkəmizə valyuta axını ilə yanaşı, yeni infrastrukturun və texnologiyaların, Azərbaycanın prioritetləri sırasında olan 4-cü sənaye inqilabının innovasiyalarının ölkəmizə gətirilməsi deməkdir". /oxu.az

Siyasi       Tarix: 27 may 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler bu gunun xeberleri haqqinda melumat zelzele kriminal xeberler