Əminə Yusifqızı: "Uşaq deyiləm ki, gündə atılıb televiziyanın yollarında qalım
Əminə Yusifqızı: "Uşaq deyiləm ki, gündə atılıb televiziyanın yollarında qalım"
"Uşaq deyiləm ki, gündə atılıb televiziyanın yollarında qalım. Əlbəttə ki, seçirəm".
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Əminə Yusifqızı deyib.
O, efirlərdə görünməməsinin səbəblərindən danışıb:
"Artıq elə bir yaşdayam ki, məni hansı verilişə dəvət edəcəklərini bilirlər. Hər zaman efirləri, verilişləri seçmişəm. O vaxtı televiziyada qiraət verilişləri var idi. Televiziyada artıq heç nə yoxdur. Heyif ötən günlər! Düz deyiblər ki, "ötən günə gün çatmaz, calasan da günü günə". Artıq o cür redaktor və aparıcılar yoxdur! Xalqın sevgisini hər zaman hiss edirəm, görürəm. Məni mən edən də bu sevgidir", - deyə xalq artisti bildirib.
Xalq artisti fransız dilində oxuduğu şeirlərdən də danışıb:
"Fransada "Dədə Qorqud" dastanından həm oğulun, həm də atanın dialoqunu oxuyurdum. Birinci öz dilimizdə oxudum, sonra fransızca. Mən gecə-gündüz onları əzbərlədim. Füzulinin "Ey həkim" qəzəlini fransız dilində səsləndirdim. Səhnədən düşəndən sonra foyeyə keçdim. Gəlib mənimlə fransız dilində danışırdılar. Elə bilirdilər ki, mən fransızam. Çünki o qəzəli öz fransız aktyorları oxuya bilmirdilər". / oxu.az

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır