Ən çox uşaqlarda yaranan xəstəlik: Hava, infeksiyalar, əsəb, qorxu, dərmanlar SƏBƏB OLUR

Ən çox uşaqlarda yaranan xəstəlik: Hava, infeksiyalar, əsəb, qorxu, dərmanlar SƏBƏB OLURBronxial astma tənəffüs yollarının xronik iltihabi xəstəliyidir. Dünyada geniş yayılan həmin xəstəlik Azərbaycanda da insanları narahat edən bronx-ağciyər patologiyalarındandır. Dünyada bronxial astma xəstələrinin sayı ümumi əhalinin 8-10 faizini təşkil edir. Bəzi ölkələrdə bu rəqəm, hətta 12-14 faizə bərabərdir. Aparılan araşdırmalara görə, ölkəmizdə 18 yaşdan yuxarı insanlar arasında bronxial astmadan əziyyət çəkənlərin sayı əhalinin 7 faizinə bərabərdir. Lakin həmin xəstəliyə uşaqlar arasında da tez-tez rast gəlinir.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov deyib. Onun sözlərinə görə, bronxial astmanın əsas yaranma səbəbləri tam müəyyən olunmayıb. Bir sıra genetik faktorların, infeksion və ətraf mühit amillərinin təsiri nəticəsində bronxial astmanın yaranma ehtimalı arta bilər.
"Bronxial astmanın yaranmasında əsas risk amili irsi, yəni genetik meyillikdir. Bu, ətraf mühitdə olan və tənəffüs yollarını qıcıqlandıran və allergik reaksiya törədən hissəciklərə və maddələrə qarşı orqanizmin təhrif olunmuş reaksiyasına irsi meyilliyin olmasıdır. Ailə üzvlərində allergik xəstəliklər, bronxial astma kimi patologiyalar olan şəxslərdə bronxial astmanın inkişafetmə riski yüksəkdir. Bundan əlavə, məişət və ətraf mühit allergenləri bronxial astmanın yaranmasının əsas səbəblərindəndir. Bunlara məişət tozu, həmçinin gənə, siçan ifrazatı, o cümlədən ev əşyalarında - xalça, yataq ləvazimatları, mebel və oyuncaqlarda olan tozlar, evin təmizlənməsi zamanı yaranan tozlar, heyvanların, xüsusilə it və pişik tükləri, həmçinin quş tükü, rütubətli yerlərdə olan göbələk sporları, qurd invaziyaları, bitki tozları, xüsusən də bitkilərin çiçəkləməsi dövründə, yəni aprel ayından sentyabra qədər havada bitki tozlarının konsentrasiyasının artması, tütün tüstüsü və s. aiddir.
Bununla yanaşı, əlverişsiz ətraf mühit amilləri - soyuq hava şəraiti və ya atmosfer təzyiqinin dəyişməsi, yağış və ya küləkli hava bronxial astmanın əlamətlərinin yaranmasına səbəb ola bilər. Qatı tüstü və sərt hissəciklər də daxil olmaqla havanın çirklənməsi xəstəliyin simptomlarının əmələ gəlməsinə təsir edir. Yuxarı tənəffüs yollarının infeksiyaları, əsəb, qorxu və digər emosional vəziyyətlər, bəzi dərman vasitələrinin istifadəsi zamanı da bronxial astma yarana bilər".
Bəs bronxial astmanın əsas əlamətləri hansılardır?
R. Bayramovun sözlərinə görə, bu xəstəlik zamanı öskürək tez-tez, əziyyətli və daimi xarakterli olur və gecələr və fiziki işdən, soyuq havanın təsirindən sonra arta bilir: "Digər əlamət boğulma tutmalarıdır. Bu zaman bəzən xəstələr döş qəfəsinin sanki "sıxılması"ndan şikayət edir və tənəffüs o qədər məhdudlaşır ki, bu, nəfəs ala bilməmək qorxusu yaradır. Həmçinin bəlğəmin xaric edilməsinin çətinləşməsi, tənəffüs zamanı quru xırıltıların eşidilməsi və s. bronxial astmanın əlamətləri sırasındadır".
Həkim bildirib ki, bronxial astmanın əlamətlərindən şübhələndikdə həkim-pulmonoloqa müraciət etmək lazımdır. Diaqnozun qoyulmasında spirometriya, döş qəfəsi orqanlarının rentgenoqrafiyası, kompüter tomoqrafiya və s. müayinələrin əhəmiyyəti böyükdür: "Əgər allergik simptomlar müşahidə olunursa, dəri-allergik testi və ya qanın müvafiq müayinələrinin aparılması tövsiyə edilə bilər. Bu müayinələr allergeni təyin etməyə və onun aradan qaldırılma zəruriliyini müəyyən etməyə imkan verə bilər. Məsələn, allergiya mənbəyini evdən uzaqlaşdırmaq, küçəyə çıxdıqda ağız və burunu örtən xüsusi maskadan istifadə etmək və s. Bronxial astmanın müalicəsi üçün simptomatik və əsas preparatlardan istifadə olunur. Simptomatik preparatlar tənəffüs yollarını genişləndirir, spazmı aradan götürür, əsas preparatlar isə bronxlardakı iltihabi prosesi azaldır və tutmaların profilaktikası üçün istifadə edilir".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 23 may 2020
f Paylaş

Oxşar xəbərlər

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər en son xeberler bu gun cəbhədən görüntüleri son xeberler bugun 2026 canli