Ən faydalı şokoladın xüsusiyyətləri açıqlandı
Ən faydalı şokoladın xüsusiyyətləri açıqlandı
Ən faydalı şokolad acı olanıdır, onun tərkibi 75 faiz kakaodan təşkil olunub. İçlik kimi isə ən yaxşı seçim qoz-fındıqdır.
"Sputnik"in məlumatına görə, bu barədə rusiyalı dietoloq, nutrisioloq, Kanada Dietoloqlar Assosiasiyasının üzvü Natalya Nefedova bildirib.
"Əlbəttə ki, onlar özlüyündə çox yağlıdırlar, amma bu yaxşı, faydalı yağdır. Acı şokoladın tərkibində kifayət qədər faydalı olan teobromin, həmçinin sink və maqnezium da var. Qoz-fındıqda isə sağlam yağlar, əvəzolunmaz omeqa-3 mövcuddur", - deyə mütəxəssis izah edib.
Təhlükəli içliklər kimi isə həkim bibər, zəncəfil, gül ləçəkləri kimi ekzotik qatqıların adını çəkib. Nefedovanın sözlərinə görə, əgər şokolad ucuz kütləvi istehsalda hazırlanırsa, onda bu içliklər təbii ola bilməz.
Dietoloq həmçinin gündə bir plitka şokolad yeməyin artıq çəkiyə təsiri barədə də danışıb. Onun sözlərinə görə, hər insanın gündə fərqli kilokalori norması var. Əgər şəxs ağır fiziki fəaliyyətlə məşğul deyilsə, bütöv bir şokolad plitkası əlavə kiloqramlara çevrilə bilər. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb