Ən güclü dövlətlər belə pandemiyanın maliyyə yükünü tam qarşılamırlar

Ən güclü dövlətlər belə pandemiyanın maliyyə yükünü tam qarşılamırlarKoronavirus pandemiyası... Dünyanın 215 ölkəsində hələ də tüğyan edir. 78 dövlətdə bu və digər formada karantin rejimidir, küçəyə çıxan, ictimai yerlərdə olan şəxslərdən maska, bəzi ölkələrdə isə əlcək də tələb olunur.
Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərini nəzərə alsaq, koronavirusa yoluxmuş pasiyentin müalicəsinin orta müddəti 21 gündür. Əsas xərclər koronavirusun yaratdığı ağır formalı pnevmoniyanın müalicəsi ilə bağlıdır.
Müalicədə dəə əsasən anti-virus və anti-malyariya preparatlarından istifadə olunur, çünki COVİD-19 koronavirusunun spesifik müalicəsi və ya peyvəndi hələ də yoxdur.
Dünya ölkələrində müalicə zamanı "Ribavirin", "Plakvenil", "Arbilol", "İnterferon" və "Lopinavir" kimi preparatlar ən çox işlənən farmasevtik vasitələr arasında yer alır.
Koronavirusa yoluxmaların sayının azaldılması və pandemiyanın yayılmasının qarşısının alınması ilə bağlı xərclər hər bir ölkənin büdcəsinə ağır yükdür. Bununla yanaşı, COVİD-19 virusuna yoluxmuş şəxslərin müalicəsi də ciddi vəsaitlə resurs tələb edən prosesdir.
Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi, koronavirusun genişmiqyasda yayılaraq böyük arealdakı bəla formasını almağa imkan verilməməsi məqsədilə preventiv işlərin gerçəkləşdirilməsi nəticələrini verib.
Bununla belə, virusa yoluxmuş şəxslərin müalicəsi də külli miqdarda vəsait tələb edir.
Sadəcə, bir fakt: Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə gündəlik xərclənən vəsait təxminən 80-150 manat arasında dəyişir. Virusu yüngül keçirən xəstəyə 80, ən ağır xəstəyə 150 manat düşür.
Bunu bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Təbii, bəhs olunan rəqəm dəyişən rəqəmdir, çünki qeyd olunan rəqəm marta aid rəqəmdir. Bu xərclərə xəstənin yeməyi, onun üçün istifadə olunan dərman, geyim, maska və həkimlərə verilən əməkhaqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə sərf olunur.
Ən güclü dövlətlər belə pandemiyanın maliyyə yükünü tam qarşılamırlarAzərbaycan dövləti vətəndaşlarının sağlamlığını və səhhətini ən böyük dəyər bildiyindən bu xərclər büdcədən ödənir. Təbii, belə olub və pandemiya başa çatanadək belə olacaq.
Proses dəyişməz qalmalıdır, yoxsa müalicədə qismən də olsa, ödənişli əsaslar tətbiq olunmalıdır?
Sual ritorik təsir bağışlayaraq demaqoqigik şərhlərə məruz qala bilər, fəqət rasional düşüncə və praqmat davranışa zərurət duyulur.
Müxtəlif ölkələrdə bu məsələ artıq geniş müzakirə olunur.
Məsələn, Çexiya, Fransa, Rusiya, Çin və daha 24 ölkə koronavirusa yoluxmuş şəxslərin bir qisminin müalicəsinin dövlət hesabına yox, həmin şəxsin öz vəsaiti hesabına ödənilməsi prosedurlarına keçidi düşünür.
ABŞ: ən azı 22 min dollar
Məsələn, ABŞ-dakı "FAIR Health" təşkilatının hesablamalarına görə, koronavirusa yoluxmuş pasiyentin müalicəsi federal büdcəyə on minlərlə dollara başa gəlir.
"Məbləğ hətta tibği sığortası olan şəxslərə də şamil olunur", - hesabatda bildirilir.
Məhz bu səbəbdən ABŞ Konqresi COVİD-19 testlərinin keçirilməsini pulsuz saxlasa da, koronavirusa yoluxmuş şəxslərin xəstəxanaya yerləşdirilməsi və müalicəsi üçün ödənişli əsasların tətbiqinə icazə verib.
Hazırda situasiya belədir ki, Birləşmiş Ştatlarda koronavirusa yoluxmuş vətəndaş tibbi sığortasınının şərtlərindən asılı olaraq, 21900-38700 dollar ödəməlidir.
Sığortası olmayan pasiyent üçünsə hospitalda 6 günlük müalicə 73300 dollara başa gələcək.
ABŞ Səhiyyə Nazirliyi ötən həftə yaydığı müraciətində vətəndaşlara xitab edərək bildirib ki, koronavirusa yoluxması təsdiqlənmiş şəxsdə xəstəlik ağır keçmirsə, o, evdə müalicə olunarsa, "daha məqsədəuyğundur".
Ən güclü dövlətlər belə pandemiyanın maliyyə yükünü tam qarşılamırlarTeletəbabət, yəni telefonla məsləhətlər də artıq pulsuz deyil. Koronavirusa yoluxduğnu düşünən şəxs - təbii ki, tibbi sığortası varsa - həkimə zəng edərək məsləhət almaq istərsə, hər məsləhət üçün 34 dollar ödəməlidir.
Lakin yoluxmuş şəxsin xəstəliyi ağır formada olarsa və onun təcili xəstəxanaya yerləşdirilməsi tələb olunursa, ABŞ Səhiyyə Nazirliyinin təlimatlarına uyğun olaraq, xəstənin ailə üzvləri və qohumları hansı prosedurların təyin olunduğunu, hansı müayinələrin aparılmasını diqqətlə müşahidə etməlidirlər.
Ki, gərəkdiyindən artıq pul ödəməsinlər.
Amerikalı ekspertlərin və hətta dövlət məmurlarının, konqresmenlərin və senatorların dediklərinə görə, müalicə xərclərinə qənaət etməyin ən yaxşı yolu ümumiyyətlə, xəstələnməməkdir.
Ukrayna: pulsuz müalicə nağıldır
Ən güclü dövlətlər belə pandemiyanın maliyyə yükünü tam qarşılamırlarUkraynada dövlət səhiyyə müəssisələrində vətəndaşlara koronavirusdan pulsuz müalicə vəd olunmuşdu. Rəsmilərin dediklərinə görə, müalicə pulsuzdur.
Lakin gerçək rəsmi relyasiyalardan çox fərqlidir. Belə ki, koronavirusa yoluxmuş Ukrayna vətəndaşları arasında müalicə üçün on minlərlə qrivna ödədiklərini deyənlərin sayı az deyil.
Bununla yanaşı, tibbi sığortası orlan ukraynalıların dediklərinə görə, sığorta şirkətləri onların COVİD-19-dan müalicə xərclərini ödəməkdən kütləvi şəkildə imtina edirlər.
Ukraynanın Odessa şəhər infeksion xəstəxanasnıda müalicə almış Şahin Əsədovun dediyinə görə, müalicənin sadəcə, ilk iki gününə 25 min qrivna ödəməli olub.
Fransa: "Başınıza çarə qılın"
Ən güclü dövlətlər belə pandemiyanın maliyyə yükünü tam qarşılamırlarFransada səhiyyə sistemi koronavirus pandemiyasının öhdəsindən gələ bilməyib.  Ölkədə martın 24-də elan edilmiş "Sanitar vəziyyət haqqında" qanun faktiki olaraq karantin rejimini fövqəladə vəziyyət səviyyəsində tətbiq etmişdi.
Həmin qaydalar iyulun 10-dək qüvvədə qalacaq.
Rəsmi Parij koronavirusla mübarizədə ciddi uğurların əldə olunduğunu deyir. Sıravi fransızlar isə fərqli düşünürlər. Onları ən çox narahat edən məsələ müalicənin bahalı olmasıdır.
Daha doğrusu, rəsmi sənədlərə görə, koronavirusa yoluxmuş şəxslərin müalicəsi pulsuz sayılır, lakin xərclərin 65 faizini sığorta şirkətləri ödəyir.
Şirkətlər isə son vaxtlar ödənişlərdən müxtəlif şərtlərlə və bəhanələrlə boyun qaçırırlar.
Nəticədə xəstəxanalarda müalicə xərclərini özləri ödəmək məcburiyyətində qalan şəxslərin sayı sürətlə artır.
Nə etməli?
Azərbaycanda COVİD-19 koronavirus pandemiyasına qarşı mübarizə effektiv aparılır. Qabaqlayıcı tədbirlər, müxtəlif qurumların əlaqəli şəkildə fəaliyyəti, ən başlıcası isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın situasiyanı daim nəzarətdə saxlaması, vətəndaşlara bir neçə dəfə müraciət etməsi və bu kimi tədbirlərlə addımlar atması ciddi nəticələr verib.
Nazirlər Kabineti də xüsusi rejimdə fəaliyyət göstərir. Ölkədə şərtləri xeyli yumşaldılsa da, karantin rejimi qüvvədədir, koronavirusa yoluxmuş vətəndaşların müalicəsi davam etdirilir.
Müalicə bütünlüklə dövlət hesabınadır.
Amma belə olmalıdırmı?!
Ən güclü dövlətlər belə pandemiyanın maliyyə yükünü tam qarşılamırlarKonstitusiyaya görə, dövlət müəssisələrində müalicə üçün vətəndaş pul ödəməməlidir. De-yure və de-fakto belədir, amma dəyişən şərait, ölkənin üzləşdiyi çağırışlar, xüsusilə də koronavirus pandemiyasının yaratdığı qlobal maliyyə-iqtisadi böhran adekvat addımları şərtləndirir.
Həmin addımlar arasında, fikrimizcə, təxirəsalınmaz hesab edilə biləcəkləri arasında dövlət büdcəsinin xərclərinin qismən də olsa, azaldılması və ya kompensasiya edilməsi də var.
Qərb ölkələrinin, habelə Çin, Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya və Vyetnamın təcrübəsinə əsaslansaq, koronavirusa yoluxmuş pasiyentlərin müalicəsi ilə bağlı xərclərin müəyyən qismini sığorta şirkətləri ödəyə bilər.
Ödənişin vətəndaşın özü tərəfindən həyata keçirilməsi də mümkündür.
Təbii, situasiya düşünülmüş, ciddi təhlil olunmuş və bütün alternativ variantları nəzərdən keçirilmiş qərarların qəbulunu ehtiva edir.
Dövlət daim vətəndaşın yanında olduğu kimi, çətin dönəmlərdə vətəndaş da dövlətinə dəstək verməlidir.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Sağlamlıq     Baxılıb: 544   Tarix: 23 may 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu xəstəliyi olanlar hər gün nar yesin

Narın tərkibindəki güclü antioksidant birləşmələr – polifenollar, antosiyaninlər və punikalaginlər – qan damarlarını təmizləyir, pis xolesterolu (LDL) azaldır və yaxşı xolesterolu (HDL) artırır. Mütəmadi nar istehlakı aterosklerozu

Əncirə əlavə edib yeyin - Qaraciyəri təmizləyir, orqanizmi yeniləyir

Bədənini təbii yollarla təmizləmək istəyənlər üçün əncir və çörək sodası (mineral su) qarışığı son vaxtlar diqqət çəkən üsullardan biridir. Evdə asanlıqla hazırlanan bu qarışım, xüsusən də yağlı qaraciyər xəstəliyinə qarş

Tez sağalmaq üçün bu supu için

Soyuqdəymə zamanı tez sağalmaq üçün toyuq supu için. milliaz-a istinadən xəbər verir ki, bunu rusiyanın tanınmış terapevti Anna Hakimova deyib. O, bildirib ki, bu qida tərkibindəki faydalı maddələr sayəsində orqanizmin bərpasın

Uşaqlar arasında virus panikası - Səhiyyə Nazirliyinin açıqlaması

Azərbaycanda son günlər uşaqlar arasında səpki, qusma, ishal və halsızlıq kimi simptomlarla müşahidə olunan xəstəlik yayılıb. Həkimlər bu halların çox vaxt koksaki virusu ilə əlaqəli olduğunu deyirlər. xəbər verir ki, "yen

Damarları tıxananlar bu qidalardan İMTİNA ETSİN

Aterosklerozun müalicəsi pəhrizə ciddi yanaşma tələb edir. Ateroskleroz diaqnozu qoyulmuş xəstələr doymuş yağlar, trans yağlar, şəkər və duzla zəngin qidaları pəhrizlərindən çıxarmalıdırlar. -a istinadən xəbər verir ki, kardiolo

Kilosu 70-80 qəpikdir, yüzdən çox faydası var

Balqabaq mövsümi artıq başlayıb. Havaların soyuması ilə birlikdə bazarlarda və süfrələrdə balqabaq bolluğu yaşanır. Bu tərəvəz həm çox dadlı, həm də faydalıdır. Qida dəyəri və müalicəvi xüsusiyyətləri ilə seçilən bu tərəvə

Robot-cərrah beyin əməliyyatları həyata keçirəcək

Karaqanda şəhərindəki çoxprofilli xəstəxanada Qazaxıstanda ilk dəfə yeni nəsil neyrocərrahi kompleks olan "Remebot RM-200" adlı robot qoyulub. xəbər verir ki, süni intellektlə təchiz edilmiş bu qurğu həkimlərə beyi

İsti çay və şorbaların fəsadı – Xərçəng YARADA BİLƏR

Acılı və qaynar qidalara sevgi xərçəngə səbəb ola bilər. -a istinadən xəbər verir ki, onkoloq Maqomed Sulimanov niyə isti çaydan çəkinməli olduğumuzu izah edib. O qeyd edib ki, mədə və qida borusu xərçəngi dəhşətli onkoloj

Yumurta ilə bağlı bilmədiyiniz 5 FAKT

Yumurta çox vaxt sadə qida kimi qəbul edilsə də, əslində ən dəyərli və çoxfunksiyalı qidalar arasındadır. O, təkcə yüksək keyfiyyətli protein mənbəyi deyil, həm də beyin və görmə sağlamlığı üçün vacib rol oynayır. milliaz-


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeber son xeber 2026 son xəbərlər qurban bayrami 2026