Ən sərfəli istirahət seçimləri: Hər şey daxil sisteminin ölkədə tətbiqi nə vəd edir? - FOTO

Ən sərfəli istirahət seçimləri: Hər şey daxil sisteminin ölkədə tətbiqi nə vəd edir? - FOTOƏn sərfəli istirahət seçimləri: Hər şey daxil sisteminin ölkədə tətbiqi nə vəd edir? - FOTO
Bütün dünyada olduğu kimi Azərbaycanda da turizm sektoru mövcud vəziyyətlə əlaqədar çətin dövrünü yaşayır. Pandemiya səbəbindən xarici turizmdə tamamilə durğunluq müşahidə olunur. Lakin, hazırda mövsümlə əlaqədar daxili turizm obyektləri üçün potensial imkanlar yaranıb.
Mövzu ilə əlaqədar Oxu.Az-a danışan Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov hazırda turizm obyektlərində "all inclusive" (hər şey daxil) sisteminin tətbiq edilməsinin daxili turizmin təşviqinə təsiri barədə məlumat verib.
Ən sərfəli istirahət seçimləri: Hər şey daxil sisteminin ölkədə tətbiqi nə vəd edir? - FOTOOnun sözlərinə görə, "all inclusive" sisteminin tətbiq edilməsinin daxili turizmə təsirləri ilə bağlı nəticələrini öyrənmək üçün əhatəli tədqiqatın aparılmasına ehtiyac var:
"Güman etmək olar ki, "all inclusive" sisteminin tətbiq edilməsi daxili turizm səfərlərinin artmasına müsbət təsir göstərə bilər. Dünyada isə bu sisteminin tətbiq edilməsi ilə bağlı birmənalı fikir yoxdur. Belə ki, bir qrup ekspertlər hər şey daxil sisteminin tətbiqinin genişləndirilməsini turizmin inkişafı üçün vacib amil saysa da, digərlərinə görə adıçəkilən sisteminin geniş şəkildə tətbiqini məqbul saymırlar. Belə ki, "all inclusive" sistemi turistləri hotelə bağladığı üçün əsasən passiv turizmi təşviq edir ki, bu da turistlərin xərcləmələrinin turizm dəyər zəncirində iştirak edən turizm sənaye subyektlərinə münasibətdə bərabər şəkildə paylanmamasına gətirib çıxarır".
Ən sərfəli istirahət seçimləri: Hər şey daxil sisteminin ölkədə tətbiqi nə vəd edir? - FOTOAgentliyin şöbə müdiri əlavə edib ki, daxili turizmin təşviqi hazırda yalnız marketinq kampaniyası ilə həyata keçirilir:
"Azərbaycanda mövcud olan turizm təkliflərini bir araya gətirərək insanları ölkəmizin kəşf edilməmiş guşələrini görməyə həvəsləndirən "Macəra yaxındadır" daxili turizm kampaniyası icra edilməkdədir".
Ən sərfəli istirahət seçimləri: Hər şey daxil sisteminin ölkədə tətbiqi nə vəd edir? - FOTOMəhəmməd Muradov hazırda agentliyin sahibkarlara məsləhət görə biləcəyi daxili turizmdə stimul rolunu oynaya biləcək kampaniyalar barədə danışarkən "putyovka-vauçer" mexanizmi barədə məlumat verib:
"İstirahət fərdi bir seçimdir. Əmək qanunvericiliyi bu seçimi həyata keçirmək üçün işçilərə əlverişli hüquqi çərçivəni müəyyən edir. İşəgötürənlərin öz işçilərini istirahətə təşviq etməsi ilə əlaqədar isə hazırda "putyovka-vauçer" mexanizmi mövcuddur. Agentlik olaraq bu istiqamətdə B2B (biznesdən biznesə) formatda bəzi biznes subyektləri ilə yerləşmə vasitələri arasında əməkdaşlıqların olduğunu müşahidə edirik və belə bir əməkdaşlıq tərəfimizdən təqdir edilir".
Nigar Məmmədova

Sosial       Tarix: 19 may 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Azərbaycanda avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, iyulun 3-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat təşkil edib. Türkiyə lirəsi 0,0363 manata kimi ucuzlaşıb, öz növbəsində, Rusiyanı

Belə paylaşımların 2000 manat cəriməsi var

Şəxsi həyata aid məlumatların sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılması son illər daha çox müzakirə olunan mövzulardandır. Bəs qanunvericiliyə görə hansı məlumatlar şəxsi həyatın toxunulmazlığını pozan hesa

Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır - Cəmi 43 dollara

"Wizz Air" Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa uçuşlara başlayır. -un Operativ Media-ya istinadən məlumatına görə, yeni istiqamət üzrə birbaşa reyslər cari ilin oktyabr ayından etibarən həyata keçirilməy

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb. Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca

Azərbaycanda pensiya sistemi dəyişir? - Qadınlarla bağlı iddialara aydınlıq gəldi

Azərbaycanda pensiya sistemində mümkün dəyişikliklərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə, pensiya artımlarının yalnız maddi ehtiyacı olan qadınlara şamil edilməsi ilə bağlı səslənən fikirlər cəmiyyətdə müxtəli

Sabahın hava proqnozu açıqlandı

İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu

Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. . xəbər verir ki,  bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber 2026 valyuta mezennesi banklar xeberler bu gun