Əqrəb boyunbağı məndən başqa heç bir müğənniyə yaraşmaz' - FOTOLAR
Müğənni Dilarə Kazımova daha bir səs-küylü fotosessiyasını təqdim edib.
azxeber.com xəbər verir ki, başına tac qoyub və bahalı boyunbağı ilə obyektiv qarşısına keçən sənətçi cəsarətli addımını şərh etməyi unutmayıb:
"Səhnədə olduğum illər ərzində daim qalmaqaldan, söz-söhbətdən uzaq gəzməyə çalışmışam. Hətta israrla deyirəm ki, bu məndə alınır. Başımda iri tac və əqrəb formalı boyunbağı ilə şəkil çəkdirmək istəyim, öz ideyam oldu. Dizayner dostum İlahə Məmmədova bu fikrimi dəstəklədi və çox qısa zamanda aksessuarları mənim üçün hazırladı. Çəkiliş dəniz kənarında gerçəkləşdi. Fotoqraf Oruc Oruclu ilə birgə çalışmaqdan məmnun qaldım. Fotosessiyanın uğurlu alınmasında menecerim Elton Hacıyevin də zəhməti də az olmadı. Yəqin ki, oxucular yaratdığım obrazı gözəl qarşılayacaqlar.
Özüm-özümü tərifləmək istəmirəm. Amma həqiqətən Dilarə olaraq həmişə seçilmişəm. Məncə bu əqrəb boyunbağı məndən başqa heç bir qadın müğənnisinə yaraşmaz. İnanmıram ki, kimsə bu ideyamı təkrarlayıb, boğazına boyunbağ taxar",– deyə, estrada ulduzu əlavə edib.
Əl işi olan əqrəb formalı qızıl boyunbağı üçün 500-dən çox "Swarovski" daşlardan hazırlanıb.
Məlum olub ki, dizaynerin müəllifi olduğu aksesuar 1 aya hazırlanıb.
Aysel




Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır