"Equinor" şirkəti "Qarabağ" yatağının işlənməsində iştirakını təsdiqlədi

"Equinor" şirkəti "Qarabağ" yatağının işlənməsində iştirakını təsdiqlədiSOCAR və "Equinor" şirkətləri əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində əməkdaşlıq sazişi imzaladılar.
SOCAR-dan Trend-ə bildirilib ki, martın 30-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin "Equinor" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Favad Qurayşini qəbul edib. Görüşdə "Qarabağ" yatağının kəşfindən irəli gələn məsələlər müzakirə olunmuş, yeni istiqamətlərdə, o cümlədən sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
19 mart 2020-ci il tarixində tərəflər uğurlu qazma əməliyyatı nəticəsində Azərbaycanda 60 milyon ton neft ehtiyatına malik olan yeni "Qarabağ" yatağının kəşf olunmasını elan ediblər. "Qarabağ" yatağı müstəqillik dövründə Azərbaycanda kəşf edilən ilk neft yatağıdır. Görüşdə "Equinor Apsheron AS" şirkəti əldə olunmuş uğurlu nəticəyə əsasən "Qarabağ" yatağının işlənməsində öz davamlı iştirakını təsdiq edib
Görüş çərçivəsində SOCAR və "Equinor Apsheron AS" şirkətiləri arasında SƏTƏM istiqamətimdə səylərin gücləndirilməsi məqsədi ilə yeni əməkdaşlıq sazişi imzalanıb. Yeni saziş SOCAR və "Equinor Apsheron" şirkətlərinin həm müstəqil olaraq, həm də birgə həyata keçirəcəkləri layihələrdə texniki təhlükəsizlik, yanğından mühafizə, sağlamlıq və ətraf mühitin mühafizəsi, nəqliyyat təhlükəsizliyi və qəza-xilasetmə xidmətlərini əhatə edir. Sənədi SOCAR-ın pezidenti R.Abdullayev və "Equinor" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri F.Qurayşi imzalamışlar. Tərəflər sazişə əsasən yuxarıda göstərilən sahələrdə təcrübə, prosedur və müvafiq sənəd mübadiləsi, mümkün qəzalar və yaralanma hallarına yol verilməməsi, ekologiyaya təsirin minimuma endirilməsi üçün praktik biliklərin mübadiləsi, qəza hadisələri, eyni zamanda ekoloji təsiri olan hadisələrə dair toplanmış statistik məlumatların mübadiləsi üzrə razılığa gəlmişlər. Sazişdə həmçinin texniki təhlükəsizlik və yanğından mühafizə üzrə beynəlxalq standartların tətbiqi ilə bağlı praktikanın və məlumat bazasının mübadiləsi, mümkün qəzalara çevik rekasiya verilməsi, atmosfer tullantılarının, o cümlədən istixana qazlarının idarə olunması sahəsində təcrübənin bölüşülməsi, sadalanan məsələlər üzrə tərəflər arasında görüşlərin, seminarların, məsləhətləşmələrin təşkili nəzərdə tutulur.
Xatırladaq ki, Norveçin "Equinor" şirkəti (keçmiş Statoil) və SOCAR Azərbaycanda "Qarabağ" yatağının işlənməsi və "Əşrəfi-Dan Ulduzu-Aypara" perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili istiqamətlərində əməkdaşlıq edirlər. Şirkətlər həmçinin "Azəri-Çıraq və Dərinsulu Günəşli" (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 30 mart 2020
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber xəbər.az cəbhədən son məlumatlar sonxeberler