Ərdoğan Azərbaycana təşəkkür etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi"Rəqəmsallaşan türk dünyası" vizyonunu mənimsəməyimiz böyük əhəmiyyət daşıyır.
azxeber.com APA-ya istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
"Ölkələrimiz arasında ortaq texnologiya layihələrinin hazırlanması bu vizyonu şübhəsiz dəstəkləyəcək. Rəqəmsal transformasiya prosesində geri qalmağın müstəqilliyimiz üçün də təhlükə yarada biləcəyinin fərqindəyik. Süni intellektin fərqli bir alətə çevrilməməsi üçün bu məsələyə düzgün yanaşmalı və onu fürsət pəncərəsi kimi qiymətləndirməliyik. Süni intellekt texnologiyalarının yaratdığı yeni risklərə qarşı da daim ayıq olmalıyıq. Məlumat bazalarımıza və kritik milli infrastrukturlarımıza yönələn yeni nəsil təhdidlər rəqəmsal transformasiyanın diqqətlə idarə olunmalı istiqamətlərindəndir. İnanıram ki, cəbr və alqoritmin banisi Xarəzmini, fəlsəfə və məntiqin dahilərindən Fərabini, əsərləri ilə tibb elminə işıq tutan İbn Sinanı, astronomiya elminin öncülləri Biruni, Uluqbəy və Əli Quşçunu yetişdirən bu münbit torpaqlarda yeni alimlər də yetişəcək", - deyə Türkiyə Prezidenti qeyd edib.
Ərdoğan çıxışında Azərbaycana təşəkkür edib.
"Növbəti zirvə görüşündə sizi Ankarada qəbul etməkdən məmnun olacağam. Bu fürsətdən istifadə edərək təşkilatımızın hazırkı sədri Can Azərbaycana ailə məclisimizin birliyinə verdiyi töhfələrə görə təşəkkür edirəm. Dəyərli qardaşım Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə də möhtəşəm ev sahibliyinə görə bir daha minnətdarlığımı bildirirəm. Mübarək Qurban bayramınızı indidən təbrik edirəm", -Türkiyə prezidenti qeyd edib.

Siyasi       Tarix: 16 may 2026
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber.az son xəbər ensonxeberler xeberler bugun