Ərdoğan İlham Əliyev haqda nə dedi? - VİDEO

Ərdoğan İlham Əliyev haqda nə dedi? - VİDEOXəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş "PREZİDENT. Təkrarsız diplomatiya" adlı sənədli film hazırlanıb. Filmdə dünya liderlərinin dövlət başçısı barədə açıqlamaları yer alıb.
Azxeber.com AzTV-ə istinadən xəbər verir ki, filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İlham Əliyevi təbrik edib və onun barəsində fikirlərini bölüşüb:
"İlham qardaşımın Baş komandanlığı və rəhbərliyi altında Azərbaycan 30 ilə yaxın davam edən işğalı 44 gündə sona çatdıraraq, haqlı mübarizəsində tarixi bir zəfər qazandı. Vətən Müharibəsi dövründə müxtəlif təxribatlara rəğmən, İlham qardaşım qətiyyətli liderlik sərgiləyərək, zəfərin baş memarı olub. Bir milyon qaçqın qardaşımızın evə qayıdış yollarını açdı, bu qüruru və sevinci Türkiyə və Azərbaycanda bizim hamımıza yaşatdı. Bu münasibətlə Müzəffər Ali Baş Komandan İlham Əliyevi və qəhrəman Azərbayxan xalqını bir daha təbrik edirəm.
Ümumilli lider Heydər Əliyev dövründə başlayan və İlham qardaşımın dövründə davam edən inkişafla Azərbaycan bir cəlbedici mərkəzə çevrildi. Paytaxt Bakı Xəzərin parlayan ulduzuna çevrildi. Bir il kimi qısa müddətdə Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa, Füzuli və işğaldan azad edilən digər yaşayış məskənlərində böyük layihələr sürətlə həyata keçirildi.
Qarabağın azad edilməsində olduğu kimi, yenidən bərpa olunması prosesində də Azərbaycana dəstəyimizi davam etdirəcəyik. Türkiyə olaraq indi və hər zaman azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə addımlamağa davam edəcəyik. İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə inkişaf etməsində böyük səylər göstərib. Ölkələrimiz arasındakı qardaşlığın zirvədə olmasında İlham qardaşımın səmimiyyətinin payı böyükdür. Ümumilli liderin bizlərə miras qoyduğu "bir millət, iki dövlət" şüarını İlham qardaşımla birlikdə daha irəlilərə aparmaqda qərarlıyıq", - deyə Ərdoğan söyləyib.
Türkiyə Prezidenti bununla yanaşı, Azərbaycanın qardaş Türkiyəyə çətin anlarında etdiyi köməkdən də danışıb.
O bildirib ki, iki ölkə arasında bu il imzalanan Şuşa bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri müttəfiqlik səviyyəsinə çatıb.

Siyasi       Tarix: 25 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler qarabag sonxeber az son xəbərlər