Ərdoğan İlham Əliyevə minnətdarlığını bildirdi: "Daha güclü çıxacağıq" - VİDEO

Ərdoğan İlham Əliyevə minnətdarlığını bildirdi: "Daha güclü çıxacağıq" - VİDEOƏrdoğan İlham Əliyevə minnətdarlığını bildirdi: "Daha güclü çıxacağıq" - VİDEO
"Bütün bəşəriyyət hazırda görünməz düşmənə qarşı çətin bir müharibə aparır. Türk Şurasının bu fövqəladə zirvəsi aramızdakı həmrəyliyi möhkəmləndirəcək. Bu prosesdən də, Allahın icazəsi ilə, güclənərək çıxacağımıza inanıram".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.
Ərdoğan nitqinin əvvəlində iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Ərdoğan Türk Şurası ölkələri səhiyyə nazirlərinin də ehtiyac olacağı halda videokonfrans həyata keçirərək, təcrübələrini bölüşə biləcəklərini düşündüyünü bildirib.
"Epidemiyanın təsiri ilə eyni zamanda qlobal miqyasda iqtisadi böhranla qarşı-qarşıyayıq. Görülən tədbirlər aramızdakı ticarətə mənfi təsir göstərə bilir. Xalqın sağlamlığını gözləməklə ən optimal həlləri həyata keçirməliyik", - Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti çıxışında beynəlxalq ticarət və karqo daşınmasının tədarük zənciri baxımından həyati əhəmiyyətə malik olduğunu vurğulayıb:
"Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşınması üçün istifadə olunan dəmiryolu daşınmasını Orta Asiyaya uzada bilərik. Bakı-Tbilisi-Qars xətti ilə gündəlik 3500 ton yükün daşına bilməsi üçün işlər görürük".
Ərdoğan çıxışı zamanı şura üzvlərindən keçid qiymətləri, sürücülərin vizaları kimi məsələlərdə şərait yaradılmasını gözlədiyini qeyd edib.
Qardaş ölkə lideri şura ölkələrinin pandemiyadan sonrakı dövr üçün hazırlanmalı olduğunu da vurğulayıb:
"Bu savaşı, əlbəttə ki, qazanacağıq. Pandemiyadan sonrakı dövr üçün də hazırlıq aparmalıyıq. Bu şəkildə bir fəaliyyət tərzinin mənimsənilməsi şuramızın beynəlxalq nüfuzunu və qlobal gücünü artıracaq".

Siyasi       Tarix: 12 aprel 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal


son xeberler azerbaycan xeberleri yeni xeberler idman xeberleri maliyye xeberler bugun novruz bayramı sou biznes